Şou-biznes

Rianna, Röya, "Harlem Shake"... - VİDEO - FOTO

13 Mart 2013 14:02
0 Şərh     Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apple şirkətinin iTunes mediatekasında daha bir azərbaycanlı müğənninin mahnısı yüksək satış göstəriciləri ilə ilk yüzlüyə düşüb. Milli.Az xəbər verir ki, Röya Ayxanın "Göndər" sinqlı iTunes mediatekasının Azərbaycan üzrə bölməsində ilk üçlüyə düşüb. Bu mahnı siyahıda 2-ci yerdə qərarlaşıb.

Siyahıda birinci yeri Riannanın "Diamonds" mahnısı tutur. Üçüncü yerdə isə son dövrlər İnternetdə əsl "partlayışa" səbəb olan "Harlem Shake" musiqisi yer alıb.

Söz və musiqisi məşhur türk ifaçısı Soner Sarıkabadayıya, aranjmanı Mustafa Ceceliyə məxsus "Göndər" Röyanın türk şou-biznesinə qatılması üçün ilk klipdir.

Qeyd edək ki, bir neçə ay öncə Aygün Kazımovanın "Hayat ona güzel" mahnısı da bu siyahıda yer almışdı. A.Kazımovanın "Hayat ona güzel" mahnısı Apple şirkətinin mediatekasında ən populyar 50 mahnı siyahısına düşərək 39-cu yerdə qərarlaşmışdı.

Teymur Hacıyev
Milli.Az

Böyütmək üçün şəklə klikləyin.













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.