Şou-biznes

Azərbaycanlı müğənni: "Ailə fotolarımı onlarla paylaşmağım..."

13 Mart 2013 10:16
0 Şərh     Baxış: 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın məlumatına görə, bu günlərdə "Plyus-minus" verilişinin suallarını internet vasitəsilə cavablandıran sənətçi fikirlərini geniş publika üçün bölüşüb. Qeyd edək ki, sənətçi bu səpkidə müsahibəni ilk dəfə verib.

Əvvəlcə müğənni Türkiyədə məşhurlaşmaq istəyən həmkarlarından söz açıb:

"Bizim sənətçilərin Türkiyə şou-biznesinə can atması normaldır. Burada müxtəlif dillərdə danışan insanlar yaşayırlar. Bizim dil daha asan başa düşüləndir. Bizi sevirlər və qəbul edirlər", - deyən sənətçi seçim qarşısında qalarsa, hələ ki, tərəddüd etmədən öz şou-biznesimizin üzərində dayanacağını bildirib.

İradə xanım son bir neçə ayda sosial şəbəkələrdən aktiv istifadə etməyə başladığını deyib.

O, daha çox İnstagram servisində özünün  və ailəsinin fotolarını yayımlayır. Nəzərə inanan İradə deyib:

"Hər bir ana övladı üçün narahatdır, üzərində diqqət olanda nəzərə gələcəyindən ehtiyat edir. Mənim virtual dostlarım hər sözün əvvəlində "maşallah", "Allah qorusun" kimi ifadələr işlədirlər. Onların səmimiyyəti ailə fotolarımı onlarla paylaşmağıma imkan verir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.