Şou-biznes

Cadunun qurbanı olan Namiq Qaraçuxurlu toyunun vaxtını dəyişdirdi - YENİLƏNİB - VİDEO - FOTO

13 Mart 2013 19:37
0 Şərh     Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
10:05

Milli.Az xəbər verir ki, tamaşaçıların böyük maraqla Lider TV-nin efirində izlədikləri "Pərdə" maqazin proqramının martın 13-ü, saat 22:30-da nümayiş olunacaq buraxılışında yenə də çox fərqli mövzular çözüləcək.

Rejissoru Aynurə Tahirqızı, aparıcısı Zaur Nəbioğlu olan verilişdə bunlardan xəbərdar olacaqsınız:

- Mir Yusifdən xanımına etdiyi jest.

- Namiq Qaraçuxurlunun düşdüyü çətin vəziyyət. Ona cadu edildiyini iddia elədi! Baş verən olaylara baxmayaraq Namiq toyunun tarixini ilk dəfə "Pərdə"yə açıqladı.

- Daha bir məşhur meyxanaçı evlənir. Pərviz Bülbülə də eksklüziv olaraq bizdə edəcəyi toydan danışdı!

- Ötən həftə oğlunun toy xəbərini ilk dəfə bizdə açıqlayan İlhamə Quliyeva bu dəfə gəlinini göstərdi.

- Emil Bədəlov nədən Səlim Abbasovla kəllə-kəlləyə gəldi?

- Elnurdan fərqli açıqlama. O kimin barəsində bu sözləri dedi? Hədəf kimdir?

- Bir müddətdir susan Eltonun susqunluğuna elə özü son qoydu. Bu sözlər çoxunu yerindən oynadacaq.

- Fərda "Bu şəhərdə"li oğlanlara qarşı çıxdı. O yeni qalmaqalın təməlini qoydu.

- Faiq Ağayevin keçmişindən açılan faktlar sizi şoka salacaq. İlk dəfə danışılan söhbət.

Bu axşam saat 22:30-dan etibarən Lider TV-nin efirini izləməklə şou dünyasında yaşananlardan xəbərdar olacaqsınız.

Məlumat üçün bildirək ki, verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Aytac Bayramzadə
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.











---------
19:37



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.