Şou-biznes

Azərbaycanlı müğənni dəhlizdə çətin vəziyyətə düşdü - FOTO

13 Mart 2013 01:00
0 Şərh     Baxış: 1 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın fotokamerası məclislərin birinə təşrif buyuran populyar estrada ulduzu Elnur Məmmədovu restoranın foyesində görüntüləyib. Daim pozitiv olan Elnur yenə də öz ampluasında idi.

O vaxta qədər ki, qapıda onu bir xanım yaxaladı. Məlumunuz olsun ki, Aynur Hacıyeva adlı bu qız öncə müğənni kimi tanınıb. Hazırda fəaliyyətini aparıcı kimi Lider TV-nin səhər proqramında davam etdirir.

Deyəsən, Elnuru efirinə qonaq dəvət etmək onun çoxdankı istəyi idi. Fürsəti əldən verməyən Hacıyeva iki daşın arasında həmkarından mobil nömrəsini almağa müvəffəq oldu.

Gözəl xanımlara biganə qalmayan Elnur uca səslə nömrəsini söylədikdən sonra çıxışını gözləyən qonaqları intizarda qoymayıb səhnəyə tərəf tələsdi...

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.