Şou-biznes

Tanınmış azərbaycanlı müğənni həbsxanada

12 Mart 2013 17:03
0 Şərh     Baxış: 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki,Azərbaycanın tanınmış estrada ulduzu Nadir Qafarzadə bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkum xanımlar üçün oxuyub.

Əməkdaşımızla telefon söhbətində Nadir təəssüratlarını belə bölüşdü: "Novruz bayramına həsr olunmuş bu tədbirdə sənətçi dostlarım da iştirak edirdilər. Özünütərif çıxmasın qadınlar ən çox mənim ifamı alqışladılar.

Düşünün düz 10 dəqiqə dayanmadan alqışla mükafatlandım. Həbsxana rəhbərliyi qadınların mənə olan sevgisinə cavab olaraq yerindəcə yaxın vaxtlarda solo-konsertlə çıxış etməyimi təklif etdilər.

Razılaşdım, inşallah, may ayında cəzaçəkmə müəssisəsinin həyətində konsert proqramı ilə məhkum həyatı yaşayan pərəstişkarlarımı sevindirəcəyəm. Allah-Təaladan hamısına can sağlığlı arzulayıb, tezliklə azadlığa qovuşmaqlarını arzulayıram".

Şahin Cavadsoy
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.