Şou-biznes

Ermənilər daha bir Azərbaycan mahnısını oğurladılar - VİDEO

12 Mart 2013 16:15
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Təcavüzkar ermənilər tərəfindən növbəti oğurluq olub. Bu dəfə hədəf biz olduq. Mənim şah əsərim, sözləri Yusif Ağayeva məxsus, ifası təkrarolunmaz Röya tərəfindən canlanan "Eşqim" mahnısı oğurlandı".

Mahnısı ermənilər tərəfindən oğurlanan bəstəkar Emil Şahin bu sözlərlə həyəcan təbili çaldı. Bir çox hitlərin müəllifi Anspress-ə açıqlamasında "Eşqim" mahnısının ermənilər tərəfindən oğurlandığını bildirdi.

Mahnısının həyasızcasına mənimsənilməsindən qəzəblənən bəstəkar hisslərini bu sözlərlə büruzə verdi: "Ey bədbəxtlər, nə kökünüz var, nə mədəniyyətiniz. Nə dünəniniz, nə bu gününüz, nə də sabahınız. Nə keçmişiniz, nə gələcəyiniz. Nəyiniz var axı? Ancaq təcavüz, yalan, böhtan, pis əməllər, düşmənçilik, oğurluq. Ömür boyu bizim kölgəmizdə gizlənmək istəmisiniz . Bizə məxsuz olan, ulu babalarımızdan qalan hər şeyi öz adınıza çıxarmaq istəmisiniz. Lakin onu bilin və unutmayın ki, Ermənistan keçmiş SSRİ xəritəsində ərazi üzrə ən kicik ölkədi. Belə olub və olacaq. Bizim Vətənimiz Azərbaycan həmişə dillər əzbəri olub, fəxrlə deyilib, nailiyyətləri ilə seçilib, həmişə öndə olub və olacaq!"

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.