Şou-biznes

Sami Yusuf Antalyada konsert verəcək - VİDEO - FOTO

12 Mart 2013 14:26
0 Şərh     Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Anspress-in məlumatına görə, musiqilərində İslamı tərənnüm və təbliğ edən sənətçi "Antalya Expo Center" konsert salonunda Antalya Mədəniyyətlərarası Dialoq Mərkəzinin (AKDİM) Məhəmməd peyğəmbərin (s.ə.s) mövluduna təşkil etdiyi xüsusi proqramda çıxış edəcək.

Türkiyədə bu tərz bir təşkilatda ilk dəfə səhnəyə çıxacaq olan Sami Yusuf həyəcanını Twitter hesabından bütün dünyaya eşitdirdi: "6 aprel 2013 tarixində Antaliyada səhnəyə çıxacağıma görə çox xoşbəxtəm! Hamınızı Türkiyədə görmək üçün səbirsizlənirəm! Hamınız üçün çox darıxmışam".

Proqramda ayrıca "Peyğəmbərimiz" kitabının yazıçısı Rəşid Haylamaz, şair-yazıçı və teleaparıcı Serdar TuncerErtuğrul Erkişi iştirak edəcək.

Qeyd edək ki, proqramın 6 aprel saat 20:00-də 15 min adamın iştirakı ilə reallaşacağı bildirilir.

Milli.Az


Böyütmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.