Şou-biznes

Azərbaycanın ən gözəl müğənnisi seçildi - FOTOSESSİYA

8 Mart 2013 00:30
1 Şərh     Baxış: 4 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, tarixin bu günündə çoxlarının hələ də müğənni kimi qəbul etdiyi Ruhi Əliyeva özünün növbəti doğum gününü qeyd edir. Əməkdaşımız sənətçini təbrik etmək üçün Ruhi xanımın adı ilə bağlı olan "Özünə bax" layihəsinin çəkilişində iştirak edib.

Daim xanımlara irad tutması ilə tamaşaçılara yaxşı tanış olan ekspertlərdən biri jurnalist, moda bilicisi Könül Tağıyeva bu dəfə R.Əliyevadan danışdı: "Təkcə mən yox, gözəlliyə dəyər verməyi bacaran oxucularınız da təsdiqləyərlər ki, Ruhi xanım çox gözəl xanımdır. Baxmayaraq iki oğul anasıdır, füsunkarlığı ilə səhnədəki bütün xanımlardan seçilir. Bu, bir reallıqdır ki, Ruhi Əliyeva Azərbaycanın ən gözəl müğənnisidir.

"Gözələ gözəl demək savabdır" prinsipini rəhbər tutub əziz bacımıza daim zirvələrdə olmağı arzulayıram. Necə ki, layiq olduğu yerdədir".

Tağıyeva açıqlamasını bitirdikdən sonra mehriban rəfiqəsi ilə birlikdə podiuma çıxdı və xanımlar sübut etdilər ki, cazibədar ifadəsi tamlıqla onlara məxsusdur.

Çəkilişimizin sonunda "Özünə bax"ın digər eksperti modelyer Leyla Əhmədova,  aparıcı Seva və stilist Elnur da fotokameramızın qarşısına keçib Ruhi xanımla birlikdə şəkil çəkdirdilər.

Müğənninin özü də susmadı. Ən özəl bayramında aramsız təbrik yağışına tuş gəldiyini deyib ona diqqət göstərən doğmalarına, dostlarına təşəkkür etdi.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



























Fotolar müəllifindir
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.