Şou-biznes

Röya: "Elə olur ki, ac qalıram"

28 Mart 2015 21:31
0 Şərh     Baxış: 6 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Röya Ayxan yaşamından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi özü ilə bağlı maraqlı etiraflar edib. O, formada qalmağının sirrini açıqlayıb:

"Əsəbiləşəndə qara şokolad yeyirəm. Hirslənən kimi dostlarım tez şokolad uzadır. Yemək az yeyirəm. Çünki çox yesəm, kökələrəm. Elə olur ki, 1 gün heç nə yemirəm, ac qalıram. Alma, ananas olmaz, səsə ziyandı. Hər dəqiqə ət yemirəm. Gərək onu elə bişirsinlər ki, üfürəndə dağılsın. O halda yeyərəm. Toyuq ümumiyyətlə, xoşlamıram. Bir də balıq sevirəm. Əsasən salatla günümü keçirirəm".

R.Ayxan "Səninəm" adlı mahnısından danışaraq, onu heç bəyənmədiyini etiraf edib:

"Yeganə mahnımdır ki, 17 dəqiqəyə oxumuşam. Studiyaya girdim, güclə oxuyurdum. Bu bəstəni heç sevməmişəm. Bir dəfə hava limanında idim, kənardan hamı qışqırdı: "Səninəm" oxuyan. Yanımdakılar dedilər: "Bax, mahnını bəyənmirdin, gör necə sevildi".
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.