Şou-biznes

Flora Kərimova: "Məndən əl çəksinlər"

11 Fevral 2013 15:12
0 Şərh     Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, Qafarzadə deyib ki, Flora Kərimova görkəmli ustaddır, lakin bu, o demək deyil ki, o, bütün müğənnilərin üstündən keçə bilər.

"Başa düşmürəm ki, nəyə görə son zamanlar Flora xanım hesab edir ki, Sevda Ələkbərzadə pis oxuyur. Belə çıxır ki, onun özündən savayı heç kim oxuya bilmir? Mən günahkar deyiləm ki, o, İlhamə xanımla düşmənçilik edir. Mən də düşmənçilik eləməliyəm? Qoy hər şeyi özləri həll etsinlər və məni qatmasınlar. Biz İlhamə xanımla oturanda heç onun barəsində danışmırıq. Mən hamı ilə, hətta Faiq ilə də dostluq edirəm, çünki düşmənçilik istəmirəm", - o əlavə edib.

F.Kərimova isə bir daha Nadiri tənqid edib. O hesab edir ki, Nadirin özünü ustad adlandırmağa haqqı yoxdur.

"Mən nəyə görə öz fikrimi deməməliyəm? Onların hamısı - Nadir də, Teymur da o qadının arxası ilə danışırdılar. Mənə heç kim heç nə edə bilməz. Hamısına demək istəyirəm ki, məndən əl çəksinlər. Tamaşaçılardan xahiş edirəm ki, bağışlasınlar məni, lakin mən artıq susmayacam", - o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.