Şou-biznes

Azərbaycanlı müğənni: "Hollivuda düşmək bir şansdır..."

12 Fevral 2013 09:30
0 Şərh     Baxış: 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Samirə Allahverdinin Milli.Az-a müsahibəsi.

- Samirə xanım, artıq neçə ildir ki, sənətdədir?

- 1994-cü ildən səhnədəyəm, 2000-ci ildən tamaşaçı tərəfindən tanındım və sevildim.

- Sizi nə vaxtsa Hollivudda görəcəyik?

- Hollivuda düşmək bir şansdır, özünüz bilirsiniz ki, ora düşmək çətin məsələdir, təbii ki, mənim də yolum ora düşsəydi, gözəl olardı.

- Hal-hazırda şou-biznesdə güclü səsi olan müğənni çoxdur, yoxsa güclü sponsoru?

- Hal-hazırda səhnədə güclü səslər də var, güclü sponsorlar da, əsas zövq məsələsidir. 50-50-dir məncə.

- Nəyə görə sizinlə qalmaqal etmirlər?

- Çünki Samirə heç kəsnən qalmaqal etmir, mən sülh tərəfdarıyam (gülür).

- Samirə xanım həm də gözəl ailə başçısıdır, övladlarınızın müğənni olmasını istəyərdiz?

- İstedadları olsa, yardımcı olaram. Qarşı çıxmaram, müğənnilik də gözəl sənətdir.

- Sizin rəqibləriniz kimlərdir?

- Mən rəqib sözünü sevmirəm və rəqib deyə bu sənətə gəlməmişəm, sənəti sevib gəldim, mənim rəqibim yoxdur, hər kəsin öz tamaşaçısı olduğu kimi, mənim də öz tamaşaçım var.

- Şou-biznesdə hansı müğənnilərin səsini eşitdikdə qulaqlarınızı tutursuz?

- Qulaq tutmamışam, sadəcə ola bilər səsi bəyənməmişəm və yaxud mahnını, radiodadısa başqa dalğaya çevirmişəm, tv-dədisə başqa kanala baxmışam. Qulaq tutmağa ehtiyac yoxdur (gülür).

- Nəyə görə müğənniliyə belə maraq var? Bu sənətdən yaxşı pul əldə etmək olur deyə?

- Başqa yerdə də pul qazanmaq olar, yəqin populyar olmaq istəyirlər.

- Gəlir yeriniz haradandır? Toylara gedirsiz?

- Mənim gəlir yerim əsas şou proqramlardır, toylara da gedirəm, məni sevənlər öz toylarında məni görmək istəyirlər.

- Konsert nəyə görə vermirsiz?

- Konsert verdim keçən il, Jazz center-də martın 24-ü, özü də ikicanlı idim. Bu il də konsert verəcəm, birinci xəbəri elə sizə deyəcəm, eksklüziv olaraq.

- Lirik mahnıların mahir ifaçısı kimi yerli Uitni Hyuston demək olar sizə?

- Mən Uitni Hyustonun böyük pərəstişkarıyam, onun kimi müğənni yəqin olmayacaq. Bacardığım qədər onun mahnılarını gözəl ifa edirəm, əgər tamaşaçılar bəyənirsə, özümü xoşbəxt hiss edirəm. Yerli Uitni Hyuston olmaq böyük xoşbəxtlikdir.

Lalə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.