Şou-biznes

Azərbaycanlı prodüser: "Aygün Kazımova da o müsahibəmə görə məndən incidi"

10 Fevral 2013 10:58
0 Şərh     Baxış: 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Show.az-a istinadən müsahibəni təqdim edir.

- Bir müddət şou-biznesdə durğunluq var idi, amma yenidən canlanma yaşanır, buna səbəb nədir?

- 2012-ci ilin sonunda 106.3 FM-də bir verilişdə oldum. Orada qalmaqallı bir çıxışım oldu. Bundan sonra bəzi müğənnilərlə aram soyudu. Əslində, o verilişin formatı belə idi ki, mən obyektiv olmalı idim. Hətta, o zaman çalışdığım müğənni Aygün Kazımova da o müsahibəmə görə məndən incidi. Mənə dedi ki, sən niyə mənim adımı kiminləsə bir tutursan? Ondan sonra fikirləşdim ki, obyektiv olacağam, hamı haqqında danışacağam və hamı haqqında mövqeyimi bildirəcəyəm. Düzdür, hal-hazırda Aygün xanımla işləmirik, amma münasibətimiz var. Ümumiyyətlə, mən heç vaxt Aygün Kazımova ilə dost olmamışam. Hörmət olub, pərdə olub aramızda. Amma, Aygün xanımın ad günündən sonra çox jurnalistlər mənə zəng vurdu və niyə ad günündə iştirak etmədiyimi soruşdular. Mən indi açıqlama verirəm. Əgər mən ad gününə gəlsəydim, ən çox diqqət mənə və Aygün Kazımovaya olacaqdı. Çünki orada iştirak edən müğənnilər mənim üçün bir o qədər statuslu deyildilər. Onların yanında mən heç vaxt itmərəm.

- Bu arada, sizi təbrik edirik viza almısınız.

- Mənə bu vizanı almağa vaxtı ilə bir çox sənət adamları kömək edəcəyini söyləmişdilər. Amma belə oldu ki, mənə ən çox Murad müəllimin köməyi dəydi. Bu vizanı almağa, sənədlərimi düzəltməyə mənə yardımçı oldu. İnanırsınız, mən ilk dəfədir ki, bir müğənniyə görə xeyir görürəm. Keçən il Səfura Əlizadə Amerikanın müstəqilliyi günündə Amerika səfirliyində ingilis dilində himn oxumuşdu, xoşlarına gəlmişdi və məni orada tanımışdılar. Çox sağ olsunlar, məni bir illik viza ilə təmin etdilər.

- Hal-hazırda Sevda Yahyayeva ilə iş birliyiniz gündəmdədir.

- Artıq işləməyə başlamışıq, hətta ilk layihəmiz də var. Əslində, sirr olaraq saxlamalıyam. İnşallah, 24 fevral Sevdanın albom layihəsinin təqdimatı olacaq və biz bu təqdimatı fərqli keçirəcəyik. Sevdaya təklif etdim ki, gəl bu diskin satışından hansısa uşağa həyat bəxş edək. Yəni, "Metropark"-da biz bu albomu satışa buraxacağıq. Kimin imkanı nəyə çatır, ödəyib alacaq. Oradan yığılan vəsait isə hansısa bir uşağın ehtiyacına ödəniləcək. Bu Azərbaycan şou-biznesində ilkdir ki, albom satışından əldə olunan vəsait bir uşağın ürək əməliyyatına xərclənəcək və bunu bəzi gənc müğənnilərin etmədiyini Sevda etdi, hətta ulduzların da..

- Kimdə bu gün qığılcım görürsüz?


- İlk öncə deyim ki, son 10 ildə heç kim partlatmayıb. Amma gənclər arasında Günay İbrahimlidə o qığılcımı görürəm. O, gələcəkdə populyar ola bilər. Gənclər arasında ən çox iş görən hal-hazırda çalışdığım Sevda Yahyayevadır. Heydər Əliyev adına sarayda konsert verib, xalq artisti Teymur Göyçayevin rəhbəri olduğu Qara Qarayev adına Kamera Orkestrinin müşayiəti ilə Gənc Tamaşaçılar Teatrında səhnə alıb və s. Amma Sevdaya deyirəm çox sakitsən, belə olma, əks halda səni atlayıb keçəcəklər. Artıq mən onun yanındayam və onu keçmək çətin olar. Çünki mən lazım olan anda, lazım olan addımı atıram və mən öz işimdə ağıllıyam.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.