Şou-biznes

Məşhur türk sənətçilər azərbaycanlı müğənniyə dəstək oldular - FOTO

9 Fevral 2013 13:53
0 Şərh     Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
O, çalışdığı heyətlə sənət karyerasına uğur gətirəcək layihələrə qoşulub. Ən başlıcası - həyat yoldaşı Ceyhun İzərdən dəstək alan İradə studiya hazırlıqlarına da bəzən onunla birgə gedir.

Hazırda Türkiyədə olan sənətçimiz yeni xəbərlərini Milli.Az ilə bölüşüb. Bildirib ki, mahnı hazırlıqları tamamlanır. Növbəti mərhələ onları sinql şəklində buraxmaqdır.

Qeyd edək ki, İradənin dəstək aldığı türkiyəli məşhurlardan Murad Dalkılıç, Ozan Çolakoğlunun sıralarına müğənnu Gülşən də qoşulub.

Belə ki, studiyaya gələn Gülşən İradə ilə söhbətdən sonra səsini dinləmək istədiyini bildirib. Həm səs yazısını, həm canlı şəkildə sənətçimizə qulaq asan Gülşən xoş sözlərinin ardınca İradəyə dəstək olacağını bildirib. Sözünün ağası olan Gülşən artıq bir neçə dəfə studiyaya gələrək, İradə İbrahimovanın çalışmalarını izləyib. Bir-biriləri ilə təcrübələrini bölüşən sənətçilərin gələcəkdə əməkdaşlıq edəcəklərini xəbər aldıq.

İradə: "Ola bilər", - deyə cavabında bildirdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.