Şou-biznes

Azərbaycanın əməkdar artistinin "Sev məni"si bəd nəzərə gəldi - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

8 Fevral 2013 15:02
0 Şərh     Baxış: 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
10:38

Milli.Az xəbər verir ki, fevralın 7-də Azərbaycanın əməkdar artisti Abbas Bağırov "Sev məni" adlı musiqi toplusuna və diskdə yer alan eyni adlı mahnıya çəkdirdiyi klipinə təqdimat keçirib. Jurnalistlərlə yanaşı, sənət dostlarının da xeyir-duasını almağı qarşısına məqsəd qoyan estrada ulduzu istəyinə çatıb. Başda xalq artisti İlhamə Quliyeva olmaqla əksər həmkarları onu tək buraxmayıblar.

Klipin nümayişi zamanı səhnədə quraşdırılan ekranda gözlənilmədən problemlər yaşandı. Texniki problem qısa zamanda aradan qaldırılsa da, Abbasın əhvalının korlanması özünü açıq şəkildə büruzə verdi. Bu məqamda onun köməyinə "rəsmi fanat klubu"nda təmsil olunan heyranlarının sürəkli alqışları gəldi. "Ən yaxşı müğənni" sözünün yazıldığı diplom Abbasın əhvalını yüksəlti. Jurnalistlər baş verən problemi sənətçinin bəd nəzərə tuş gəlməsi ilə əlaqələndirdilər.

Təqdimatın sonuna yaxın səbəbkar 16 mahnısının yer aldığı diskini imzalayıb qonaqlarına hədiyyə etdi.

Beləcə Bağırovun piar işlərini görən Tural Manaflı, bəstəkar-müğənni Nazim Məmmədov və başqa dostlarının zəhməti hesabına baş tutan tanıtım günü heç bir qalmaqal yaşanmadan sənət tarixinə yazılmış oldu.

Şahin Cavadsoy
Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.





































Foto: Ceyhun Ələkbərov

----------
15:02



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.