Şou-biznes

Bölgənin ulduzu Bakıdakı şou-biznesi bəyənmir - FOTO

7 Fevral 2013 16:07
0 Şərh     Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın əməkdaşı inzibati binası Şəki şəhərində yerləşən "Kanal S" televiziyasında qonaq olarkən bölgənin ulduzu, "Nuxa" instrumental ansamblının solist Mehriban Mustafayeva ilə tanış olub.

Sözügedən telekanalda canlı performans nümayiş etdirən Mehriban xanım çəkilişdən sonra bölgənin ulduzu kimi şou-gündəmində adi qarşılanmayacaq açıqlama ilə çıxış etdi: "Bəli, mən Azərbaycanın şimal-qərb bölgəsinin ulduzuyam. Özünü tərif kimi çıxmasın, buradakı populyarlığımdan çox razıyam. Təşkil olunan əksər tədbirlər, el şənliklərində ansambl olaraq səhnə alırıq.

Peşəkar musiqiçilərdən ibarət olan heyətimizdə Nurməmməd adlı istedadlı müğənni də fəaliyyət göstərir. Allaha çox şükür, artıqlaması ilə çörək pulumuzu qazanırıq. Fikirlərimi səmimi etirafımla yekunlaşdırmaq istəyirəm.

Açıq deyəcəyəm, mən Bakıdakı şou-biznesi bəyənmirəm. Süni qalmaqallar, yalançı dostluqlar xasiyyətimə ziddir. Şəki başda olmaqla, regionumuzun parlaq ulduzu olmaqla kifayətlənirəm..."

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



















Fotolar: müəllifindir.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.