Şou-biznes

Türkiyədə tanınan azərbaycanlı teleaparıcı keçmişindən imtina etdi - FOTOSESSİYA

6 Fevral 2013 17:39
0 Şərh     Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Türkiyənin dövlət kanalı TRT-nin Azərbaycan təmsilçiliyinin əməkdaşı, tanınmış teleaparıcı Arzu Əsgərova keçmişindən imtina edib. Söhbət Arzunun illərdən bəri ona uğur gətirən soyadını başqa adla əvəzləməsindən gedir.

Əməkdaşımızla söhbəti zamanı tv-də çalışan həmkarımız nə üçün belə qərar verdiyinə aydınlıq gətirdi: "Oğlum Ümid dünyaya göz açan gündən onun adını soyadıma yaraşdırmağı düşünmüşdüm. Amma nədənsə bu istəyimi gerçəkləşdirə bilmirdim.

Ötən həftə yaxın dostlarım təkid etdilər ki, fikrimi qətiləşdirib istəyimi reallaşdırım. Türkiyə tamaşaçılarına da anlaşıqlı olsun deyə, soyadıma oğlumun adını türkcə yazdırdım. Yəni bundan sonra Arzu Umut olaraq izləyicilərimlə görüşəcəyəm".

Məlumat üçün bildirək ki, A.Umut ötən ildən etibarən TRT Avaz telekanalının populyar simalarından biridir. O, "Azərbaycan ulduzları" adlı müəllif layihəsini təqdim edir.

Xarici görünüşü də köklü şəkildə dəyişməyi qarşısına məqsəd qoyduğunu söyləyən Arzu gününün çox hissəsini idmana həsr etdiyini də gizlətmədi.

Çəkisini azaltmağa davam edən teleaparıcı yaxın dostu, tanınmış fotoqraf İlkin Umudovun fotokamerası qarşısına keçib gözəlliyini şəkillərdə də əks etdirib. Həmin fotoları sizə təqdim edirik.

Şahin Cavadsoy
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.





















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.