Şou-biznes

Tanınmış meyxanaçının avtomobilini əlindən aldılar

23 Yanvar 2013 18:22
0 Şərh     Baxış: 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gecə Bakının Nəsimi rayonu, Tbilisi prospektində müğənni və meyxanaçı xanımın avtomobili Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən alınıb. Bu barədə Anspress-ə "Toylar kraliçası" yarışmasının qalibi, müğənni, eyni zamanda meyxanaçı olan Samirə Yusifqızı özü məlumat verib. Onun sözlərinə görə, gecə saatlarında restoranların birində toyda olub. Onu toydan sürücüsü Ayaz Cəfərov götürüb evlərinə aparacaqmış. Lakin yolda sürücünün avtomobilini əlindən alıblar.

"Ayaz Cəfərov idarə etdiyi "Mercedes" markalı 10 XM 086 dövlət nömrə nişanlı avtomobil ilə mənim dalımca gəlib, restoranın qabağında məni gözləyirdi. Bu vaxt kimsə ondan xahiş edib ki, onu yaxınlığa aparsın. Sürücüm cibində pul olmadığı üçün taksiyə minə bilmədiyini deyən həmin şəxsə kömək etmək istəyib. Onu yaxınlığa aparmaq istəyəndə, onun maşınına 3 nəfər minib. Sonradan onun qanunsuz taksi fəaliyyətilə məşğul olduğunu deyərək, maşınını əlindən alıblar. Deyiblər ki, 100 manat ver, maşını qaytaraq. Sürücüm imtina edib, nəticədə maşını aparıblar", - deyə Samirə Yusifqızı bildirib.

Samirə Yusifqızı, həmçinin onu da əlavə edib ki, ərazidə olan digər maşınları da Nəqliyyat Nazirliyinin əməkdaşları aparıblar. Hazırda avtomobil cərimə meydançasındadır.

Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov açıqlamasında araşdırma aparıldığını bildirib. "İstər müğənni olsun, istərsə də başqa tanınmış şəxs, əgər qeyri-qanuni taksi fəaliyyətilə məşğul olarsa, cərimələnəcək. Lakin Samirə xanım iddia edirsə ki, onun sürücüsünün avtomobili əsassız əlindən alınıb, bu məsələ mütləq araşdırılacaq və qanunsuzluğa yol verən əməkdaşlar cəzalanacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.