Şou-biznes

Məşhur azərbaycanlı müğənni də Facebook-a qoşuldu

23 Yanvar 2013 17:24
0 Şərh     Baxış: 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın xalq artisti Brilliant Dadaşova da sosial şəbəkənin aktiv iştirakçısı olmağa qərar verib.

Milli.Az ICTNews-a istinadən bildirir ki, bu barədə müğənni Türkiyənin TMB telekanalında yayımlanan və aparıcısı olduğu "Pırlantalı gecələr" verilişində məlumat verib.

Sosial şəbəkədə adına müxtəlif saxta profillərin açıldığını deyən B.Dadaşova bu profillərdən onun adı ilə xoşagəlməz şəkillərin və fikirlərin yayılmasından narahatlıq keçirdiyini deyib. Vəziyyətdən çıxış yolunun yalnız özü tərəfindən həqiqi profilin açılması ilə mümkün olduğunu düşünən xalq artisti hazırda öz şəxsi profilindən istifadə edir:

"Mənim adımdan Facebook-da saxta profillər açılmışdı. Mən də qərara aldım ki, özümə profil açım. Əvvəl duşündüm ki, şəbəkədən istifadə çox çətin olar. Amma artıq 2 gündür ki, BrilliantDadaşova(Suleyman) profilində özüm yazıram. Açığı, sosial şəbəkədə təmsil olunmaq çox xoşuma gəldi. Ancaq yaman çox vaxtımı aparır. Artıq 300-ə yaxın dostluq təklifi qazanmışam. Bundan sonra dinləyicilərim, sənətimlə, həyatımla maraqlananlar ən düzgün məlumatları bu profildən öyrənə bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.