Şou-biznes

Azərbaycanlı müğənninin faciəli ölüm xəbəri yayıldı - FOTO

21 Yanvar 2013 19:38
Baxış: 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, "Lift" realiti-şousundan ulduzu parlayan müğənni Elşad Şükürovun iki gün öncə avtomobil qəzasında faciəli şəkildə dünyasını dəyişməsi xəbəri sosial şəbəkələrdə istifadəçilərin əsas statuslarına çevrilib.

İş o yerə çatıb ki, müğənninin Facebook profili də haker hücumuna məruz qalıb və onun adından ölümünü təsdiqləyən xəbər təsdiqlənir. Bu dəqiqələrdə Milli.Az-ın əməkdaşının telefon zənginə cavab verən Şükürov yaşadıqlarını belə dilə gətirməyə çalışdı: "Vallah, söz tapa bilmirəm danışmağa.

Axı, kimin yerini dar edirəm, sağlığımda məni öldürürlər. Ayıbdır, Allahdan qorxsunlar. Bəli, avtomobil qəzası keçirdim, ondan bir gün öncə də Facebook profilimin parolunu sındırdılar.

El məsəli ilə desəm, bəd-niyabətlik üst-üstə gəldi. Hələ ki, başıma gələn şokları özlüyümdə dəf edirəm. İnşallah, bu həftə ərzində toparlanıb yenidən sevdiyim sənətimə qaldığım yerdən davam edəcəyəm.

Xahiş edirəm ki, Facebook dostlarım səbrli olsunlar, çünki yeni profillə yenidən virtual dünyaya geri dönəcəyəm. Yəni daha "qan"ımı su yerinə axıtmasınlar".

Şahin Cavadsoy
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.