Şou-biznes

Məşhur azərbaycanlı stilist: "Mənə "mavi" deyirlər"

21 Yanvar 2013 15:28
0 Şərh     Baxış: 1 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Stilist Samir Publika.Az-a zövqlü və zövqsüz müğənnilərdən danışıb.

- Çox vaxt müğənnilərin geyimləri və zövqləri barəsində fikirlər söyləyirsən. Buna görə səndən inciyən müğənnilər olur?

- Çox olur. Elə müğənnilər var ki, mənim onlar barəsində fikir səsləndirməyim şərəf olardı. Hətta buna görə onlar mənə "çox sağ ol" da deməlidirlər.

- Deyirlər yəni?

- Yox, əksinə, dalımca danışırlar, hətta müxtəlif yollarla mənə təzyiqlər də göstərirlər. Mənəvi yollarla məni ruhdan salmağa çalışırlar.

- Nə edirlər ki?

- Sosial şəbəkələrdə barəmdə xoşagəlməz ifadələr işlədirlər. Hansı ki, mən o sözləri əxlaqıma sığışdırıb dilə gətirmək istəmirəm.

- Sən de, qoy onlar özləri utansın.

- Yazırlar ki, Samir "mavi" olduğuna görə anası onu atıb. Bu sözlər mənə çox pis təsir edir.   

- Fiziki təzyiqlər də olur?

- Dəfələrlə məni döydürmək istəyiblər. Ad çəkmək istəmirəm, xəbər yollayıblar ki, bir də filan müğənni haqqında söz desən, səni Azərbaycandan yox edərik. Məni buna görə telekanallardan belə uzaqlaşdıranlar olub.

- İndiyə qədər hansı müğənnilərlə aranızda inciklik yaşanıb?

- Məsələn, bir dəfə Aslan barəsində dedim ki, zövqsüzdür, geyimində və stilində bəzi dəyişikliyə ehtiyac var. İncidi. Zülfiyyə Xanbabayeva haqqında demişdim ki, qara geyimi ilə gözümüzü "mazol" edir. Hətta buna görə dostum Samir Bağırovla aramızda inciklik də yaşandı. Samir Zülfiyyə xanımı çox istədiyindən mənim onun barəsində söylədiyim fikirlərdən narazı qaldı.

- Kişi müğənnilər arasında zövqlü və zövqsüz müğənnilərdən kimlərin adını çəkərdin?

- Məsələn, Nadir Qafarzadə yaxşı müğənnidir, sevilir. Amma mən bu yaxınlarda onu bir verilişdə gördüm, geyimini bəyənmədim. Çünki çox üst-üstə bahalı brendlərdən geyinmişdi. Xalq artisti Faiq Ağayev və Yalçın Rzazadə də bahalı geyinirlər, amma elitar müğənni kimi fərqləniblər. Faiq çox zövqlü müğənnidir. Zövqsüz müğənnilər arasında yaşlı sənətçilər də var. Bu yaxınlarda bir proqramda bir müğənni ilə bərabər qonaq idik. Saçına o qədər kraska yaxmışdı ki, dərisi görünürdü.

- Xanım müğənnilərdən hansının zövqü səni qane etmir?

- Şəbnəm Tapdıqova, Arzu Mələk, Təranə Qumral. Biz hansı əsrdə yaşayırıq, amma onlar hələ də köhnə dəblə geyinirlər. Saç düzümləri də həmçinin. İradəni bu yaxınlarda gördüm, saçını bəynmədim. İradə özü gözəl xanımdır, sevilən sənətçidir. Amma saçını elə rəngdə boyamışdı ki, on yaş qoca görünürdü.

- Bəs ən zövqlü sənətçi kimdir?

- Brilliant Dadaşova, diva, gözəllər gözəli. O, həmişə incə zövqü ilə fərqlənib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.