Şou-biznes

Aygün Kazımovanın dünya layihəsi, nəhayət ki, başladı - FOTO

18 Yanvar 2013 19:43
0 Şərh     Baxış: 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir çox kütləvi informasiya vasitələrində Aygün Kazımovanın böyük dünya layihəsi ilə bağlı məlumatlar yayılıb. Üçüncü aydır ki, bu layihə üzərində çox ciddi işlər gedir. Müğənni özü bu barədə Show.az-a açıqlama verdi:
 
"Layihənin üzərində çox qızğın bir çalışma gedir. Mahnı bir çox tanınmış simaların vokal müəllimi olan Markosla iki gün ərzində İstanbulda lentə alınıb. Los-Ancelesdən Markusla barabər bekvokalçılar da gəlmişdilər. Mahnını dinləyərkən, həyəcandan özümü saxlaya bilmirdim. Bu layihə mənim ömür boyu arzuladığım bir layihədir. Artıq ən böyük arzum həyata keçir".

Müğənni tezliklə reallaşacaq səfəri barədə də danışdı: "Bu yaxınlarda İstanbula yola düşürəm. Orada klipin rejissoru və stilistimlə görüşərək, imicimdə bəzi dəyişikliklər edəcəm. Məhz buna görə də, rejissor özü Los-Ancelesdən İstanbula gəlir. Əlavə olaraq qeyd edim ki, bu layihə mənim artıq bir ildir solisti olduğum "DokuzSekiz Müzik Yapım" şirkətinin layihəsi olduğundan bu xəbər ilk dəfə İstanbulda və Azərbaycanda açıqlanacaqdır.

Xalq artisti bu layihədə iştirak edən bəzi insanların adını açıqladı: "Bu klipdə dünya ulduzu J.Lo-nun xoreoqrafı Həmzə, Britney Spearsin vokal müəllimi Markus, Beyonsun rəqqasları, adını açıqlaya bilmədiyim dünya ulduzunun stilisti ilə birgə çalışacağıq. Bütün seçimlər mənim özümündür. Xoreoqraf Həmzə özü mənim klipimdə rəqs edəcək".

Klip çəkilişlərinin başlama vaxtı da bəlli oldu. Müğənnin dediyinə görə, məşqlər, daha sonra klip çəkilişləri Los-Ancelesdə baş tutacaq. Klipin təqdimatının isə mart ayında İstanbulda və vətənimizdə keçirilməsi gözlənilir.

Türk mediasının yaydığı məlumata görə klip ilk dəfə dünya mediasında yayımlanacaq. Xatırladaq ki, bu layihə türk şirkətinin layihəsi olduğundan müqaviləyə görə ən yeni və doğru məlumatlar ilk olaraq Türkiyə və Azərbaycan mediasında açıqlanacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
 








Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.