Şou-biznes

Rəqsanə Moskvaya yerləşir? - FOTOSESSİYA

18 Yanvar 2013 16:42
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Onun böyük qızı Aysun ötən ildən orada təhsil alır. Kiçiyi Yağmur isə bu ildən Moskvada uşaq bağçasına yazıldı. Əslində, Rəqsanə indi Türkiyədə olmalı idi. Lakin Yağmurun bağça sənədləri hazırlandığından səfəri yubatdı. Yaxın günlərdə o, həm Türkiyəyə gedəcək, həm də, Bakıda tədbirlərin birinə qatılmaq üçün bura gələcək.

Sənətçi Publika.az-a bildirib ki, Moskvada yaşamağı onun Azərbaycandakı biznesinin üstündən xətt çəkməsi demək deyil:
"Biznesim Moskvada da var, Azərbaycanda da. Mənə ehtiyac olan yerdən qalmıram. Anamı da yanımıza gətirmişik. Uşaqlara hayandır. Mən isə Türkiyədəki albom hazırlığımı bitirəcəm, el şənlikləri, tədbirlərə qatılacam".

Moskvada hava həddindən artıq şaxtalı keçməsinə baxmayaraq, Rəqsanə övladları ilə gəzinti proqramları düşünür. O, Yağmurun yad şəhərə uyğunlaşmasına çalışır.

Milli.Az

 Böyütmək üçün şəkillərə klikləyin.





















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.