Şou-biznes

Azərbaycanlı müğənni Misiri dolaşdı - FOTOSESSİYA

18 Yanvar 2013 12:43
0 Şərh     Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yenicə Bakıya qayıdan sənətçi səfər xəbərini Publika.az-la bölüşdü.

Öyrəndik ki, sənətçi Misirdə olub. Öncə Şarm-əl-Şeyxi, sonra Qahirəni dolaşan Lamiyyənin səfəri həm ziyarət, həm ticarət məqsədi daşıyıb. Özü belə söyləyir:

"İşlə əlaqəli getmişdim. Fürsətdən istifadə edib, şəhərin əfsanəvi məkanlarını dolaşdım. Gizada piramidaları gəzdim. Bunları yaxından izləmək başqa təəssürat verir. Qahirədə isə muzeydə mumiyalara və başqa tarixi tapıntılara baxdım".

Lamiyəni misirlilər doğmalıqla qarşılayıblar. Onlar sənətçimizin ərəb olduğunu zənn ediblər.
"Orada özümü yad hiss etmədim. Qarşılaşdığım insanların əksəriyyəti ərəb olduğumu zənn edirdi. Hətta məni gözəlliyin simvolu olan və ən gözəl kraliça olaraq qəbul edilən antik Misir kraliçası Nefertitiyə bənzədirdilər", - deyə sənətçi bildirdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.