Şou-biznes

Azərbaycanlı müğənninin şəninə "Dünya gözəl" - VİDEO

21 Dekabr 2012 01:30
0 Şərh     Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın məlumatına görə, çoxları 21 dekabr şokunu yaşasa da, bu sözləri qətiyyən bəstəkar-müğənni Ramal İsrafilova şamil etmək olmaz. Əməkdaşımızla söhbəti zamanı "dünyanı sevgi xilas edəcək" şüarını səsləndirən Ramal ən son yeniliyindən bir daha söhbət açdı:

"Həqiqətən, dünyamız gözəldir, mən sevgi ilə yaşayıb, yazıb-yaratmaqdayam. Bir sirr açım, "Dünya gözəl" mahnımı ərsəyə gətirəndə gözlərim qarşısında yalnız bir sənətkarımızın siması canlanırdı. Bu məhz Könül xanım Kərimovadır. İnanın könül xoşluğu ilə mahnımı onun şəninə həsr edirəm.

Və istəyirəm ki, o da mahnımın əsas ifaçısı olsun. Sözün əsl mənasında, sənətkar adını daşıyır Könül xanım. Mən fəxr edirəm ki, sənət dünyasında belə bir dürüst dosta sahibəm. Allah onu qorusun. Əsrarəngiz ifası həmişə bizimlə olsun".

Qeyd edək ki, bir neçə gün öncə Ramal həmkarı Xatunun təşkil etdiyi təqdimata qatılarkən bu mahnını Könül xanıma həsr etdiyini qonaqlar qarşısında elan etmişdi.

Xanım həmkarını səhnəyə dəvət edən İsrafilov elə səhnədəcə "Dünya gözəl"in sözlərini Kərimovaya öyrətməyə cəhd etdi. Onun bu istəyinin nə dərəcədə alınıb-alınmamasını isə təqdim etdiyimiz eksklüziv görüntüləri izlədikdən sonra biləcəksiniz.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.















Foto, video: Şahin Cavadsoy
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.