Şou-biznes

Qalmaqal davam edir? "Aləm gözəl" mahnısı remikslə qayıtdı - VİDEO

20 Dekabr 2012 20:30
0 Şərh     Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, aylarlardan bəri iki sənətçi - əməkdar artist Abbas Bağırovla, bəstəkar-müğənni Ramal İsrafilovu az qala düşmənə çevirən "Aləm gözəl" mahnısı ətrafında yaranan söz-söhbət  yenidən alovlanacaq.

Buna səbəb Ramalın mahnı müəllifi tərəfindən qoyulmuş qadağaya riayət etməməsidir. İsrafilov dəvət aldığı məclislərdə sözügedən mahnını ifa etməkdən çəkinmir. Orijinal versiya azmış kimi, o, "Aləm gözəl"i remikslə oxumağı da ikinci plana keçirməyib.

Ramal eksklüziv olaraq Milli.Az-ın videokamerası vasitəsi ilə bu yeniliyini aşkarladı. Mahnı qalmaqalının geri qayıdaraq, hələ də, sona çatmaması, yəqin sizə də məlum oldu.

Şərh vermək bizə düşməz prinsipini rəhbər tutub, təzələnmiş "Aləm gözəl"dən olan bir parçanı sizə təqdim edirik.
 
Şahin Cavadsoy
Milli.Az



Video müəllifindir.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.