Şou-biznes

Tanınmış azərbaycanlı reper faciəli ölən sevgilisi üçün oxuyacaq

20 Dekabr 2012 17:12
13 Şərh     Baxış: 15 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Hadisə bu ilin avqust ayının 9-da təxminən saat 22:00-23:00 radələrində olub. Çox istədiyim, sevdiyim və bir yerdə yaşadığım qız idi. O, mənimlə eyni yaşda idi. Hər ikimiz 1987-ci ildə doğulmuşuq".

Bu fikirləri AzNews.az-a açıqlamasında tanınmış reper Dado avqust ayında başına gələn bədbəxt hadisəni danışarkən deyib. O, hadisənin təfərrüatlarını açıq şəkildə ifadə edib: "Hər ikimiz içkili idik. İstirahət mərkəzlərinin birindən Lerik rayonuna qayıdarkən qız xahiş etdi ki, idarə etdiyim avtomobili yolun kənarında saxlayım.

Çünki qız özünü pis hiss edirdi və onun ürəyi bulanırdı. Bu zaman biz Lerik dağlarının aşırımından keçirdik. Qıza görə avtomobili burada saxladım və o, sıfraq etmək üçün avtomobili saxladığım yerdən kənarlaşdı. Daha sonra qız sıfraq edən zaman başı gicəllənib və durduğu yerdən ayağı sürüşərək 150 metr dərədən yıxılıb.

Mən həmin an qızın səsini eşitdim və dərhal özümü dərədən aşağı atdım. Allah məni saxladı! Bəxtim gətirdi ki, ağaca ilişdim. Bir sözlə, qızı itirməmək üçün əlimdən gələni etdim. Amma çox təəssüf ki, qız yerindəcə vəfat etdi. Cəsədin sağ-salamat yeri minimuma enmişdi. Sümükləri sınmışdı, müxtəlif travmalar almışdı. Allah rəhmət eləsin!"

Dado hadisəylə bağlı Lerik Prokurorluğunda istintaq başlandığını və 3 ay davam edən istintaqa xitam verildiyini söyləyib: "Bu hadisədən dərhal sonra Lerik Prokurorluğu istintaq apardı və nəticədə aydın oldu ki, heç kim təqsirkar deyil. Sadəcə olaraq, bədbəxt hadisə olub. İşə xitam verildi. Heç məhkəməlik də olmadı".

Rep ifaçısı qızın ailəsiylə bağlı yaşanan mübahisəyə də aydınlıq gətirib: "Qızın ailəsi ilk günlər şokda olduğu üçün məni ittiham edirdilər. Onları çox yaxşı anlayıram. Anadır! Övladını itirir. Amma sonda iş bağlanarkən qarşılıqlı halallaşdıq.

Qızı heç vaxt unutmayacağam. O, Balaxanı qəbiristanlığında dəfn olunub. Onun məzarını tez-tez ziyarət edirəm. Bir daha Allah rəhmət eləsin!".

Qeyd edək ki, Dado mərhumənin adını açıqlamayıb və onun üçün mahnı da bəstələdiyini deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.