Şou-biznes

Azərbaycan şou-biznesi 2012-ci ildə: layihələr, uğursuzluqlar, davalar, qələbələr...

20 Dekabr 2012 14:13
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Day.Az saytı ənənəsinə sadiq qalaraq, yerli şou-biznesdə baş verən hadisələrin yekununu hazırlayıb. Beləliklə, hörmətli oxucular, qarşınızda "Azərbaycan şou-biznesi 2012"dir:

İlin qəhrəmanları
 
Bu dəfə qəhrəmanlar duet oldu. Bunlar, sözsüz ki, İntiqam Ehtiram Rüstəmov qardaşlarıdır. Onların "Ты кто такой? Давай, до свидания!" meyxanaları tək Azərbaycanda deyil, bütün postsovet məkanında hitə çevrilib.

İlin anti-qəhrəmanları

Elşad Xose
Hüseyn Dərya. Bir-birlərinə qarşı heç də isti münasibətləri olmayan bu repçilər "İlin anti-qəhrəmanları" nominasiyasının qalibi olublar. Onlar öz həyat yoldaşları ilə ayrılmalarına görə bu nominasiyaya layiq görülüblər.

İlin toyu

Yola saldığımız ildə çox toy olub. Onların arasında şou-biznes nümayəndələrinin də toyları var. Bu nominasiya üzrə qalibləri isə Day.Az saytının oxucuları ediblər. Saytda ən çox oxunan toy xəbəri Zaur BaxşəliyevGünay Qələndərlinin olub.

Bu toydan populyarlığına görə bir addım geridə qalan Xatirə İslamın toyudur.

İlin hiti

Bu nominasiyada birinci yeri Rüstəmov qardaşlarının "Ты кто такой? Давай, до свидания!" meyxanası, ikinci yeri isə Röyanın "Dostumsan, yoxsa sevgilim" mahnısı tutub.

İlin qalmaqalı

Şübhəsiz ki, bu nominasiyanın qalibləri RəqsanəTəranə Səmədova olub. Müğənni və onun eks-prodüseri bu qalmaqala köhnə və yeni sevgililərini də qatıblar.

Bu nominasiya üzrə ikinci yeri isə Röya ilə Elton tutub. Onların "məişət müstəvisində" olan qalmaqalları kriminal müstəviyə keçib.

İlin toqquşması

Kamilə Babayevanın toyunda əlbəyaxaya çıxan müğənnilər bu nominasiyanın qalibləri olublar.

İlin "mazoxisti"

Bu nominasiya üzrə isə teleaparıcı Ulvira Qarayevanın keçmiş həyat yoldaşı meyxanaçı Tərlan Mustafayev oldu. Onu "Xarakiri Tərlan da çağırırlar. Tərlan ötən il bir neçə dəfə özünü doğrayıb.

İlin inkişafı

Şou-biznesdəki tənəzzül və xaosla yanaşı, inkişaf edən müğənnilər də olub. Roza Zərgərli Günel İbrahimlini bu nominasiya üzrə qalib hesab etmək olar.

İlin tədbiri

Bu nominasiya üzrə, heç şübhəsiz ki, "Eurovision 2012"-ni qalib saymaq olar. Azərbaycanda belə bir tədbirin yüksək səviyyədə keçirilməsi bütün Avropa ölkələrinin KİV-inin müzakirə mövzusu olub.
 
İlin cəfəngiyyatı

Bu nominasiya Aygün Kazımovasız keçinmədi. Müğənninin "Qol" mahnısı futbol himni olmalı idi, lakin bu nəinki olmadı, hətta mahnının özü və onun üçün çəkilmiş klip də unuduldu. Yeri gəlmişkən, bu mahnının sözləri Namiq Qaraçuxurluya, musiqisi isə Aygün Kazımovanın özünə məxsus idi.

İlin layihəsi

Bu nominasiya üzrə qalib meyxanaçı Vüqar Əbdülovun rəhbərlik etdiyi Estrada Teatrı oldu. Bu teatrın pyesləri tək mütəxəssislər üçün deyil, eyni zamanda yumora qiymət verə bilən insanlar üçün yenilik oldu.

İlin paxılı
 
İlin paxılı adını meyxanaçı Vüqara vermək olar. Rüstəmov qardaşlarının uğurlarını qiymətləndirməyi və qardaşların bostanına daş atmağı ilə Vüqar bu nominasiyanın qalibi olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.