Şou-biznes

Azərbaycan şou-biznesinə parqalı İbrahim də gəldi...- FOTO

20 Dekabr 2012 08:30
0 Şərh     Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Azərbaycan şou-biznesində olan xanım sənətçilərin əksəriyyəti, hələ də, özlərini "Muhteşem yüzyıl"ın əsas qəhrəmanı Hürrəm sultana bənzətməkdə davam edirlər.

Bu xəbərimiz isə məşhur serialda heç də Hürrəmdən geri qalmayan parqalı İbrahim paşanın Bakıdakı oxşarındadır. Onun uzun-uzadı təqdimata ehtiyacı olmasa da, məlumunuz olsun ki, azərbaycanlı İbrahimin adı və soyadı Vüsal Hüseyndir.

Xeyli vaxtdır Xəzər TV-də yayımlanan "Star Life" maqazin proqramında repartyor kimi çalışan Vüsal aktyor görkəmi ilə yetərincə həmkarlarından seçilməyi onsuz da bacarırdı. Təşkil olunan məclislərin birinə yeni görkəmi ilə qatılması onun özünü müsahibə çevirdi.

Ulduzların əksəriyyətinin "parqalı İbrahim imici sənə çox yaraşır" deməsi fotokameramızı avtomatik işə saldı. Əlavə şərh verməkdən uzağıq. Seçimi özünüz edin, Vüsal türkiyəli sənətçi Okan Yalabıkın canlandırdığı parqalı İbrahim paşa obrazına bənzəyir, ya yox?

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

















Fotolar müəllifindir.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.