Şou-biznes

Tanınmış azərbaycanlı öncəgörücü dünyanın sonu ilə bağlı şok faktlar açıqladı - YENİLƏNİB - VİDEO - FOTO

19 Dekabr 2012 15:55
0 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:30

Milli.Az xəbər verir ki, tamaşaçıların böyük maraqla Lider TV-nin efirində izlədikləri
"Pərdə" maqazin proqramının dekabrın 19-da, saat 22:15-də nümayiş olunacaq buraxılışında, yenə də, çox fərqli mövzular çözüləcək.

Rejissoru Aynurə Tahirqizi, aparıcısı Zaur Nəbioğlu olan verilişdə bunlardan xəbərdar olacaqsınız:

Röya haqqında şokedici xəbər! Müğənninin külli miqdarda borcu var? Hansı kişi həmkarı Röyanın həyatında baş verən bu olaydan danışdı? Bu açıqlamadan sonra tərəflər arasında yeni qalmaqal yaşanacaq?

Meyxanaçı Rəşad Dağlıdan qalmaqala səbəb olacaq açıqlama! Rəşad kimi tənqid etdi? Meyxanaçının hədəfi "Pərdə"də.

Zamiq evlənir? Müğənninin şəxsi həyatında baş verən son hadisə.

Tünzalə Ağayevadan ağayana açıqlama. O, bu barədə ilk dəfə danışacaq.

Nazpəri Dostəliyevadan şou aləmini silkələyəcək addım! Onun yeni titulu! Eksklüziv! Nəvəsini ilk dəfə efirə çıxardan müğənni barədə gəlini nələr danışdı?

"Pərdə"nin maraqla izlənilən "5 Etiraf" rubrikasinda bu dəfə klipmeyker Nail Naiboğlu 5 şokedici etirafla görüşünüzə gələcək. "Ona daha heç vaxt klip çəkmərəm" deyən Nail o, şəxsin adını cəkib və şokedici hadisələri etiraf edib.

Zaur Nəbioğlu ilə "Tet-A-Tet" söhbətdə qonaq öncəgörücü Yeganə Zeynalovadır.

Sayılı saatlar qalan 21 dekabr xofu. Öncəgörücü Yeganə Zeynalovadan tükürpədici faktlar. Diqqət! Diqqət! Hansı sənətçilər barədə verilən proqnoz sizin diqqətinizə səbəb olacaq? Kimlər öncəgörücü ümidinə qaldı? Kimlər hələ də ona borculudurlar? Yeganə Zeynalova Aygün Kazımova və digər ulduzlarımız arasında baş verən və bu günə kimi heç kimin hünər edib dilinə gətirmədiklərini ortalığa çıxaracaq. O, ilk dəfə münasibətdə olmadığı həmkarı Zirəddin Rzayev haqqında açıqlamalar edəcək.

Suallar çox, cavabı isə çox sadədir. Bu axşam, saat 22:15-dən etibarən Lider TV-nin efirini izləməklə şou dünyasında yaşananlardan xəbərdar olacaqsınız.

Bu "Pərdə" sizi çox gerçəklərdən xəbərdar edəcək...

Məlumat üçün bildirək ki, verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Aytac
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









---------
15:55



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.