Şou-biznes

Azərbaycanlı müğənni xalq artistinə ismarıc göndərdi

19 Dekabr 2012 03:00
0 Şərh     Baxış: 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənninin qəzəbinə səbəb reklam musiqiləri oldu. Piriyev ilk dəfə bu haqda Milli.Az-a açıqlama verdi:

"İndi bizim elə musiqilərimiz var ki, onların çoxusunun sözlərini reklam məhsullarına həsr edib, musiqini sambaldan salırlar. Bütün dünyada reklamlara məxsus sinqllar yazılır və məşhur olur. Bizdə isə əksinə. Elə əsərlərimiz var ki, onlardan ət, yağ, boya və s. məhsulların reklam musiqisi kimi istifadə edirlər. Bu yaxınlarda radioda Yalçın Rzazadənin ifa etdiyi və sözün əsl mənasında möhürünü vurduğu "Dədə Qorqud" filminin saundtreki bir reklam musiqisi kimi səslənirdi.

Ən təəccüblüsü də odur ki, elə xalq artisti Yalçın müəllimin öz səsi ilə səsləndirilir. Bizim dəyərli əsərimiz olan "Dədə Qorqud"un saundtrekinin sözləri indi hansısa məhsula aid edilib oxunur. Ayıbdır axı. Bu əsərlər toxunulmazdır! Bir müddət öncə türkiyəli rokçu Kırac da "Dədə Qorqud"un saundtrekinin musiqisindən bəhrələndiyi üçün onu Yalçın müəllim qınayırdı. Bəs onda düzgündürmü ki, bu cür əsəri hansısa ət və ya boyaya həsr edib oxuyasan?! Çox istərdim, bizim bu cür dəyərli və toxunulmaz əsərlərimizin sambalını qoruyaq. Reklam məhsullarına isə xüsusi sinqllar yazılsın".

Lalə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.