Şou-biznes

Tanınmış azərbaycanlı müğənni boşanması barədə... - VİDEO

15 Dekabr 2012 19:00
0 Şərh     Baxış: 10 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın məlumatına görə, yerli şou dünyasında baş verən ən maraqlı xəbərləri ATV-nin efirindən tamaşaçılara olduğu kimi çatdıran "ATV Maqazin" verilişində bu axşam saat 23:00-da yenə də inanılmaz faktlardan xəbərdar olacaqsınız.

Ən vacib xəbər isə boşanma xəbəri ilə dildən-dilə düşən "Şeron qrupu"nun rəhbəri Rüstəm Zeynallının müsahibə verib, boşanmasının səbəblərini dilə gətirəcək.

Rüstəmlə yanaşı, siz həm də bir çox məşhurlar barəsində də yeni-yeni xəbərlərdən agah olacaqsınız.

Dekabrın 15-i saat 23:00-dan etibarən ATV telekanalının efirini izləyin. Verilişin təkrarı dekabrın 16-sı, saat 17:00-da yayımlanacaq.

Tamaşaçılara fərqli süjetlər təqdim edən yaradıcı heyəti bir daha sizə tanıdırıq: aparıcı Nərgiz Vahabqızı, redaktor Günay Firudinqızı, reportyorlar Nərgiz Əliyeva, Vüqar Kamiloğlu, montajçı Rüstəm Firudinoğlu.

Xatırladaq ki, "ATV maqazin"in informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Şahin Cavadsoy
Milli.Az




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.