Şou-biznes

Rəqsanənin barəsində film çəkiləcək, amma tərəf-müqabil...

15 Dekabr 2012 13:31
0 Şərh     Baxış: 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Rəqsanə gələn ilin ilk aylarından türkiyəli kinematoqrafların diqqətində olacaq. Belə ki, onun həyat və yaradıcılığı film şəklində hazırlanacaq. Çəkiliş heyəti türkiyəlilərdir.

Sənətçı Publika.az-a bildirib ki, ötən ay albom hazırlığı üçün Türkiyədə səfərdə olan zaman o, filmi çəkəcək rejissorla tanış olub. Özünü bir neçə dəfə serial rejissoru kimi sınaqdan keçirən həmin şəxs növbəti filmin ssenarisini düşündüyü bir ərəfədə, Rəqsanə ilə tanışlığı yerinə düşüb. Onun maraqlı insan olduğunu anlayıb, filmin motivini onun həyatı üzərində qurmağa qərar verib. Rəqsanə çəkilişə başlayan kimi rejissorun adını açıqlayacağını bildirdi.

"Bu məqsədlə bizim bir neçə görüşümüz oldu. Əslində, mən həyatımdan bəhs edən filmin çəkiləcəyi barədə düşünməmişdim. Rejissorun əminliyi məni bu barədə düşündürdü. Həm də filmdə özüm özümü oynayacam. Smeta tutulub, çəkiliş heyəti hazırdır. Qalır mənim tərəf-müqabilim və bir neçə oyunçunun təsdiqi. Bunu uçun kastinq keçiriləcək", - deyən Rəqsanə bildirdi ki, aktyorlar və müğənnilər arasından müəyyən ediləcək. Rəqsanə tərəf-müqabilinin axtarışının bir nəticə vermədiyini söylədi. Onun fikrincə, bu, türkiyəli aktyor da ola bilər.

Öyrəndik ki, məhşur sənətçinin həyatını yansıdan film dramatik janrdadır. Sənətçi deyir ki, həyatının üzücü, sevincli anları, hətta avtomobil qəzaları da filmə daxil edilib. Sonuncu səhnədə bahalı avtomobillərin qəza səhnəsi gerçəkdən oynanılacaq. Yəni bahalı avtomobillər əziləcək. Bunun filmin büdcəsinə yetərincə təsir göstərəcəyi deyilir. Sonda Rəqsanə bildirdi ki, filmin Türkiyə və Azərbaycanda çəkiləcəyi ehtimal edilir. Yayımı isə hələlik yerli telekanallardan birinə həvalə ediləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.