Şou-biznes

50 il səhnədə olan tanınmış sənətkarımızın möhtəşəm benefisi oldu

15 Dekabr 2012 17:12
0 Şərh     Baxış: 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın məlumatına görə, Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, yarıməsrlik səhnə təcrübəsi olan türk dünyasının sənət kraliçası İlhamə Quliyeva bu səhər Space TV-nin canlı yayımında benefesini qeyd edib.

Əməkdar artisti Əkbər Əlizadənin aparıcılığı ilə yadda qalan canlı yayımda İlhamə xanım adəti üzrə yenə sənət dostlarının saysız-hesabsız gül-çiçək yağışına tuş gəldi.

Düz 50 il fəxrlə xalqına xidmət etdiyi vurğulayan xanım İlhamə möhtəşəmliyi ilə seçilən benefisində ürəyindən keçənləri bu sözlərlə dilə gətirdi:

"Xoşbəxtəm! Bunu əminliklə dilə gətirməkdən ehtiyatlanmıram. Xoşbəxtəm ona görə ki, aylar öncə nə qədər ağır əməliyyat keçirsəm də, ürəyim ikinci həyat yaşamasına şans qazandı. Bütün tamaşaçılar qarşısında dönə-dönə başda Rəşad həkimim və onun çalışdığı Mərkəzi Neftçilər klinikasının rəhbərliyindən tutmuş, bütün əməkdaşlarına "var olsunlar!" deyirəm.

Allah-Təalanın sevimli bəndəsiyəm ki, mənə bu cür gözəl ürək və gözəl sənət nəsib edib.

Pərəstişkar sevgisinin nə olduğunu tamlıqla hiss edirəm.
Özümə ancaq canımın möhkəm olmasını arzulayıram. Devizim dəyişmir, mən sizin İlhaməyəm!"

Şahin Cavadsoy
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.