Şou-biznes

Tanınmış azərbaycanlı teleaparıcı Moskvadan yolka gətirdi - VİDEO - FOTO

15 Dekabr 2012 09:30
0 Şərh     Baxış: 1 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, dekabrın 15-i, saat 18:00-da Lider TV-nin ən baxımlı layihələrindən olan "İstidir" verilişinin xüsusi buraxılışı nümayiş olunacaq. "İstidir Moskvada" adlanan buraxılış barədə Murad özü oxucularımızı məlumatlandırdı:

"Mənim həmkarım, tanınmış teleaparıcı və rejissor, Lider TV-də yayımlanan "Evimin qonaqları" verilişinin siması Sərxan Kərəmoğlunun dəvəti ilə Moskva şəhərində xalq artistimiz Mələkxanım Eyyubovanın konsertini aparmağım ötən aya təsadüf etmişdi.

Bəlkə də, çoxlarına məlumdur, xəbəri olmayanlara deyim ki, mən fürsətdən yararlanan "İstidir Moskvada" buraxılışını çəkməyi ikinci plana keçirmədim.

Moskvanın məşhur Lyudmila Ryumina adına folklor mərkəzində baş tutmuş həmin konsertdən ən maraqlı görüntüləri də tamaşaçılar məhz bizim proqramda izləyəcəklər.

Bir daha vurğulayım ki, təşkilatçılıq bütünlüklə Sərxan Kərəmoğluya məxsus idi. Aparıcısı olduğum üçün demirəm, bu, bir gerçək idi ki, türkdilli dövlətlərin qonşu ölkədə fəaliyyət göstərən diaspor nümayəndələrinin fəxri qonaq kimi qatıldıqları həmin konsertin təəssüratları, hələ də, yadımdan çıxmır.

Yerinə düşdü deyə vurğulayım ki, Yeni il atributu olan yolkanı məhz Moskvadan alıb gətirmişdim. Məncə, bu il mənim timsalımda çox gənc aparıcılar üçün uğurlu təqvim ili oldu. Yəqin 2013-cü ildə də bu nailiyyətlərimiz davamlı olar. İnşallah, evlərimizdən yolkaların əlvan işıqları əksik olmaz. Uğur bizimlə olsun".

Muradın sözlərinə qüvvət olsun deyə bir daha xatırladırıq ki, özəlliyi ilə seçilən "İstidir"i bu gün saat 18:00-da izləməyi ikinci plana keçirməyin.

Verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.