Şou-biznes

Murad Dadaşov qayıdır

14 Dekabr 2012 18:19
0 Şərh     Baxış: 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"M Group Production" şirkətinin rəhbəri Murad Dadaşov televiziyaya qayıdır. Bu barədə AzNews.az-a prodüser özü məlumat verib.

O bildirib ki, 2013-cü ildə çox böyük layihə üzərində çalışır: "Yeni İldən sonra çox nəhəng bir layihəmiz var. Layihə mənim televiziyaya qayıdışımla bağlıdır. Hazırda bu layihənin üzərində işləyirik. 2013-cü ildə hazır olacaq layihə "M-Group production"ın istehsalıdır və mənim iştirakımla həyata keçiriləcək".

M.Dadaşov Yeni İllə bağlı da danışıb. O, 2013-cü ili qeyri-adi tərzdə qarşılayacaq: "Böyük tədbir nəzərdə tutulub. Yeni İl gecəsində evimdə, obamda yıxılıb yatacağam. Səbəb odur ki, bu il çox yorulmuşam. Səfərlərim olub, 4 dəfə okeanın o tərəfinə gedib-gəlmişəm. Bu, məni yorub. Yeni İl gecəsini öz övladlarımla və ailə üzvlərimlə birlikdə keçirəcəyəm. Ailə üzvlərim də mənim üçün çox darıxıblar. Hərdən yeri gələndə də inciyirlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.