Şou-biznes

Azərbaycanlı müğənnini avtomobil vurdu - FOTO

14 Dekabr 2012 12:20
0 Şərh     Baxış: 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu barədə AzNews.az-a xəstəxanadan müğənninin özü məlumat verib.

O, hadisəni belə izah edib: "İki azyaşlı uşaqla qadın yol gedirdi. Uşaqlardan biri anasının əlini buraxaraq avtomobil yoluna qaçdı. Digər uşaq ananın əlində olduğundan yola qaçan körpəsinin dalınca qaçmağa şansı olmayıb. Bu zaman mən özümü qabağa atıb, körpəni xilas etdim. Amma sürətlə gələn avtomobil məni vurdu. Zərbədən huşumu itirdim".

Gözünü xəstəxanada açan müğənniyə yerindəcə təcili yardım olunsa da, həkim onun bir müddət xəstəxanada yatmağını məsləhət bilib. İ.İsakova hazırda vəziyyəti qənaətbəxş olduğunu deyib: "Amma hələ bir neçə gün xəstəxanada həkimlərin nəzarəti altında qalmalı olacağam".

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.