Şou-biznes

Azərbaycanlı rejissor: "Rəhmətə getdi..."

14 Dekabr 2012 11:25
0 Şərh     Baxış: 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Şou-biznes mənim üçün rəhmətə getdi, daha bu barədə danışmayacağam. Allaha şükür edirəm ki, bu çirkab aləmindən canımı qurtardım. Daha klip-zad çəkən deyiləm, çünki bir də o çirkaba batmaq istəmirəm. Milyard da versələr, bizimkilərə klip çəkmərəm. Onlardan min manat xeyir gəlməkdənsə, Allahdan bir manat xeyir gəlsin".    

Klipmeyker Kənan M.M Publika.az-a şou-biznezlə vidalaşdığını və yalnız ciddi sənətlə məşğul olacağını bildirib.

Hazırda serial çəkiminə başladığını deyən keçmiş klipmeykeri belə qəzəbləndirən,  deyəsən, şou-əhlinin yerli klipmeykerləri qoyub, qonşu ölkələrdə klip çəkdirmələridir. Çünki sözündən belə anladıq: "Sovetin əsarəti altında yaşadığımız dönəmdə şəkərimizi Rusiyaya göndərirdilər, sonradan həmin şəkərdən "Mumu" konfeti istehsal edib, "Moskovski konfet" adıyla qaytarırdılar Azərbaycana. İndi müğənnilər də həmin "priyom"dan istifadə edirlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.