Şou-biznes

Sulu qar azərbaycanlı müğənnini hara apardı? - YENİLƏNİB

14 Dekabr 2012 15:10
0 Şərh     Baxış: 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
15:10

Bir neçə dəqiqə bundan əvvəl səsyazma studiyasından çıxan Sevda yenidən əməkdaşımızla telefon əlaqəsi yaradıb. Milli.Az-a oxucularını intizarda saxlamaq istəyindən vaz keçdiyini dilə gətirdi:

"Sürprizi aşkar etmək qərarını ifamdan razı qaldıqdan sonra verdim. Mərhum bəstəkarımız Elza İbrahimovanın yazdığı "Bakının işıqları" mahnısı, korifey sənətkarımız, həmişəyaşar  Şövkət Ələkbərovanın ifasında əsla aktuallığını itirmir.

Əslində, bu, məndən cəsarət tələb edirdi ki, bu mahnını yenidən ifa edim. Bu işdə təşəkür edəcəyim əsas musiqiçi əməkdar artistimiz, həmişə irihəcmli layihələrimdə mənə dəstək olan peşəkar müğənnimiz Teymur Əmrahdır.

Məhz Teymur müəllimin sayəsində tanınmış musiqiçi Vasif Axundovun rəhbəri olduğu "Dan ulduzu" ansamblının müşayiəti ilə "Bakının işıqları"nı ifa etdim. Bu mahnıya sıradan yanaşmaq fikrim yoxdur. Qarşıma məqsəd qoymuşam ki, gələn ilin martında Bakımızın bütün görməli məkanlarının görüntülənəcəyi klipi tamaşaçılara təqdim edim.

Paytaxtımızın gecə görüntülərini, nurlu şəhərimizin hər qarışının bu ekran işində əks olunmasını istəyirəm. Gözəlləşməkdə davam edən şəhərimiz haqqında mahnı oxumağı bir vətəndaş kimi özümə borc bildim. İnşallah, tamaşaçılar görəcəyimiz işi layiqincə qiymətləndirərlər".

Onu da əlavə edək ki,  Sevda elə də uzaq olmayan keçmişdə Gənc Tamaşaçılar Teatrının səhnəsində xalq artisti Teymur Göyçayevin rəhbəri olduğu Qara Qarayev adına Kamera Orkestrinin müşayiəti ilə klassik mahnıların yer aldığı konsert proqramı ilə çıxış edib. Həmin konsertin mükəmməl ərsəyə gəlməsində Teymur Əmrahın zəhməti yetərincə olmuşdu.

---------
01:30

O, da sürpriz vəd verdi...

Milli.Az-ın məlumatına görə Yeni ilin gəlişini səbrsizliklə gözləyən ulduzlar sırasında Sevda Yahyayevanın adı ilk sıralarda yazıla bilər. Əməkdaşımızla söhbəti zamanı yaradıcılığındakı yeniliklərdən danışan Sevda bu barədə belə danışdı:

"İlk əvvəl ondan başlayım ki, dünən sulu qarın yağmasını görmək məni çox sevindirdi. Bəlkə də, bu, məni tanımayanlara qəribə gələ bilər. Amma yaxından tanıyanlar bilirlər ki, qar yağdığında mütləq nəsə yeni bir mahnı oxumalıyam.

Odur ki, fikirləşmədən səsyazma studiyasına getdim və yeni mahnılarımdan birini lentə aldırmaq prosesinə başladım. İnşallah, bu sürprizi dinləyicilər Yeni ilin ilk həftələrində eşidərlər.

Bu qış dayanmaq yoxdur, ancaq səsyazma studiyalarına gedib yeni-yeni mahnılar yazdıracağam".

Milli.Az olaraq müğənnini daha bir şad xəbərlə müjdələmək istəyirik. Belə ki, sinoptiklər həftəsonu paytaxtımızda sulu yox, üzərində xışıltı ilə gəzəcəyimiz qarın yağacağı xəbərdarlığını ediblər.

Şahin Cavadsoy
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.