Şou-biznes

Depressiyada olan tanınmış azərbaycanlı müğənni yorğun sevgidən oxudu - FOTO

14 Dekabr 2012 09:30
0 Şərh     Baxış: 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, daim müsbət enerjisi və pozitivliyi ilə həmkarlarından seçilməyi bacaran tanınmış estrada müğənnisi Günel Ələkbərova son günlər onu görənləri heç də sevindirmir.

Müğənninin nə səbəbdən depressiyada olduğu məlum deyil. Amma Günel depressiyanın qanadları altında səsyazma studiyasında yeni mahnısını yazdırıb.

Sözləri Rəna Mirzəyevaya, musiqisi bəstəkar-müğənni Pərvin Lətifova məxsus olan "Bu sevgidən yorulmadım" adlı mahnısı depressiya əhval-ruhiyyəsindən bəhs edir.

Müğənni Elçin Cəfərovla yaxın dostlarının yaratdığı "TEA" studiyasında fotokameramıza yaxalanan Günel öncə israrla şəkillərin çəkilməsini istəmədi. Səbəb kimi də makiyajının qaydasında olmadığını söylədi.

Ələkbərova qulaqcıqları taxıb ürəkdən oxumağa başlayanda sanki ruhunu sakitləşdirirdi. Doğrunu yazmaq lazımdırsa, həqiqətən də, bu görkəmdə onu heç zaman görmədiniz...

Özünü toparlayan Günel real hitə namizəd olan mahnısını yeni ilin ilk günlərində dinləyicilərə təqdim edəcəyini də gizlətmədi.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.