Şou-biznes

İmicini dəyişən Azəri Günel İbrahim Tatlıses və nişanlısından danışdı - FOTO

13 Dekabr 2012 17:52
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dekabrın 29-u paytaxta gələcəyini deyən Günelin yaradıcılığında da yenilik var. SİA yazır ki, o, müəllimi İbrahim Tatlısəsin köhnə repertuarına yeni nəfəs verəcək: "Əvvəlcədən demək mənə düşmür. Xəbəri gizli saxlamağa çalışsam da, siz məni qabaqladız. Təfərrüatları açıqlamaq istəmirəm.

Sadəcə, onu deyə bilərəm ki, İbrahim bəy köhnə mahnılarını mənə etibar edib. "İmperator"dan yaxşı oxumasam da, özüməxsus səsləndirməyə çalışıram. İnşallah, yeni ilə iki gün qalmış paytaxtıma dönüb, sizlərlə görüşəcəyəm. Onda bütün gizli xəbərlər aşkar olunacaq".

Türkiyədə yaradıcılıq fəaliyyətini uğurla davam etdirən müğənnidən xəbərlər bununla bitmir. Günel xarici görünüşündə də yenilik edib. Bunu isə onun nişanlısı istəyib.

Hazırda qardaş ölkədə olan Günel sarı saçlarını qara ilə əvəzləyib: "Bunu nişanlım istədi. Mən də köhnə saçlarımla vidalaşdım. Ancaq mən ilk dəfə deyil ki, qara rəng boyasına müraciət edirəm. Fikrimcə, belə də gözəl görsənirəm".

Milli.Az

 Böyütmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.