Şou-biznes

Tanınmış azərbaycanlı müğənni nəyin 15 illiyinə tədarük görür?

13 Dekabr 2012 17:37
0 Şərh     Baxış: 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, müğənni Nazənin yeni ilə tamamilə yeni repertuarla başlamağı düşünür. Belə ki, müğənni paralel olaraq bir neçə yeni mahnısını oranjeman etdirib, lentə aldırır. Əvvəlki hit mahnıları kimi bu bəstələrin də pərəstişkarları tərəfindən çox seviləcəyinə əmin olan müğənni həmin mahnılardan birinə klip çəkdirməyi də düşünür.

Hələ ki, klip haqqında geniş məlumat verilməsə də, müğənninin prodüseri Pərviz Fəqanın verdiyi məlumata görə Nazənin xanımın yenilikləri bununla da bitmir.

Nazənin tanınmış bəstəkar Nadir Əzimovla da işbirliyinə başlayıb. Müğənninin repertuarında yer alacaq yeni bəstələrdən biri məhz Nadir Əzimova məxsusdur. Nadir Əzimovla ilk işbirlikləri olmasına baxmayaraq, bəstəkar da Nazənin xanımın ifasını çox bəyəndiyni bildirdi:

"Nazənin xanımın şirin səsi var. Onun ifasında mahnılar həm tez sevilir, həm də hitə çevrilir. Onunla işbirliyimizin davamlı olacağına inanıram".
Müğəninin prodüseri onu da qeyd etdi ki, bu yaxınlarda müğənninin mahnılarından ibarət sinql diski də işıq üzü görəcək.

Bu arada Nazənin xanım yubileyə hazırlaşır. Belə ki, müğənninin ifasında illərdir çox sevilən, vaxtilə hit olan və bu günə qədər də dinlənilən "Hardan düşdün sən yadıma bu gecə" adlı mahnısının 15 illiyidir.

Artıq 15 ildir bu mahınının ona uğur gətirdiyini nəzərə alan müğənni bu münasibətlə sənətçi dostlarını bir araya toplayıb, həm mahınsının, həm də sənətə gəlişinin 15 illiyini qeyd edəcək.

Tahirə      
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.