Şou-biznes

Madonna, Ledi Qaqa, Tarkan və Aygün Kazımova - YENİLƏNİB - VİDEO - FOTO

13 Dekabr 2012 18:46
0 Şərh     Baxış: 2 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
18:46

Milli.Az-ın əməkdaşı günboyu Aygün Kazımovanın sorağına çıxdı və məlum oldu ki, pop-diva Rusiya paytaxtında qısa müddətli səfərdədir. Diva ilə birlikdə Moskvada olan prodüseri Tarix Əliyev (Tolik) günün xəbərinə belə şərh verdi: "Bu məlumatdan tam üç gün idi xəbərim var idi.

Sadəcə, Aygün xanımın xasiyyətinə zidd olan bir şeydir ki, nailiyyətlərini bəziləri kimi şişirdib əlində bayrağa çevirsin. Oxucular təsdiqləyərlər ki, "Apple" şirkətinin təklif etdiyi bu xidmətin siyahısına hansısa tapşırıqla, filanla ad yazdırmaq qeyri-mümkündür.

Yəni bu, ancaq beynəlxalq şirkətin abunəçilərinin rahatlığı üçün yaradılıb. Bu bir, ikincisi Aygün Kazımovanın "Hayat ona güzel" mahnısını tanınmış türkiyəli bəstəkar-müğənni Sərdar Ortaca məxsusdur. Və görünür, real hitə çevrilmiş bu mahnı xaricdə yaşayan azərbaycanlıların da rəğbətinə səbəb olub. Bu ilkə divamız imza atıb, məhz onun ifası həmin siyahıda yer alıb.

Bəlkə də, bəzi ağzıgöyçəklər, yenə də, danışacaqlar ki, hə, nə olsun, ön sırada deyil ki? Bu sualı verəcək insanlar qoy Milli.Az-da yayımlanan şəkilə diqqətlə baxsınlar. Görün, 30-cu sıradan 40-a qədər hansı dünya ulduzları öz mahnıları ilə yer alıblar? Bu, Aygün xanımın timsalında bütün Azərbaycan sənətçilərinin uğurudur. Mən söz atıram, yəqin ki, yiyəsi götürəcək.

Atalarımız gözəl sözlər deyiblər: "Kiminə niyyət, kiminə qismət". Allah-Təala Aygün xanımın çəkdiyi zəhməti əsla mükafatsız qoymur. O, gecəsini-gündüzünə qataraq bütün gücünü Hollivud layihəsi üzərində səfərbər edib. Daha özünü ona rəqib görən həmkarları kimi yalan vədlər vermir ki, beynəlxalq mükafatlara sahib çıxacaq.

Nədənsə sonda heç birimiz həmin mükafatın qırıntısını da görmürük. Amma əmin olun, çox yaxın bir zaman elə Aygün xanım "European Music Awards"ı Azərbaycana gətirəcək. Qoy heç kim xaricə qaçmağa tələsməsin.

Aygün Kazımovaya rəqib yalnız Aygün Kazımovanın özü ola bilər".
 
---------
12:59

Bu şəxsləri bir-birlərinə bağlayan, sözsüz ki, musiqidir.

Bu dəfə isə həmin müğənniləri birləşdirən başqa bir məqam tapılıb.

Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti Aygün Kazımovanın "Hayat ona güzel" mahnısı Apple şirkətinin mediatekasında ən populyar 50 mahnı siyahısına düşüb. Mahnı Madonna, Ledi Qaqa, Tarkanın mahnılarının da yer aldığı siyahıda 39-cu yerdə qərarlaşıb.

Azərbaycanlı müğənninin mahnısından əvvəl Uitni Hyustonun "Run to you" mahnısı, sonra isə Adnan Şensesin "Neden saçların beyazlamış, arkadaş?" mahnısı yer alıb.

Şahin Cavadsoy, Teymur Hacıyev
Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.