Şou-biznes

Qalmaqal: Elşad Xose ilə gənc müğənni əlbəyaxa oldu

13 Dekabr 2012 10:00
0 Şərh     Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən gecə rep ifaçısı Elşad Xose Bakıda gecə klublarının birində gənc müğənni Sultan Qocayevlə dalaşıb.

Məsələ ilə bağlı Elşad Xose ilə əlaqə saxlamağa çalışsaq da, onun mobil telefonu bağlı idi.

Davada iştirak edən digər şəxs - Sultan Qocayev danışdı. O, AzNews.az-a açıqlamasında hadisəni təsdiqlədi və təfərrüatlarını danışdı:

"Elşad klubun səhnəsində çıxış edən zaman mən qulaqlarımı tutub, onu dinləmək istəmədim. Mənim bu hərəkətim Elşadın xoşuna gəlmədi. Çıxışını bitirdikdən sonra Elşad tamaşaçıların arasında əyləşdi. O mənə kinayəli suallar verərək təhqir etdi. Mən də Elşadı təhqir edərək, onun başına butulka və mikrofonu vurdum. Salonda olan insanlar bizi sakitləşdirməyə çalışırdılar. Onu olduğum məkanda görmək istəmədiyimi söylədim və Elşad da çıxıb getdi. Elşad mənim qabağımda söz deyə bilməz. Ağlı ona-buna getməsin. Elşad, ağıllı ol! Ağıllı ol ki, həyatın əla olsun".

Gənc müğənni onu da əlavə etdi ki, tədbirdən asılı olmayaraq Elşad Xoseni özünün olduğu məkanlarda görmək istəmir: "Ola bilsin ki, bu fikrim təkəbbürlü səslənsin. Buna görə sənətkarlarımızdan üzr istəyirəm! Mən Sultanam! Necə ki, dünən onu qovdum".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.