Şou-biznes

Xalq artistinin oğlunun keçmiş sevgilisi ölkədən niyə qaçdı?

13 Dekabr 2012 01:17
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABU rektoru Elşad Abdullayevin yaydığı videoda adı hallanan M.Ə.Sabir adına kitabxananın sabiq direktoru Sevinc Babayeva axtarışda olsa da, hələ də tapılmır. Bu xanım haqqında isə mediada hər gün müxtəlif məlumatlar yayılır.

Publika.az saytı isə S.Babayevanın xalq artisti Habil Əliyevin oğlu Rəvan Habiloğlu ilə sevgili olması barədə yazıb. Sayt onların bir müddət birgə yaşamasını qeyd edib. Xatırladaq ki, G.Əhmədova qalmaqalı baş verən vaxt sabiq deputatı onun öz saytında müdafiə edənlərdən biri də R.Habiloğlunun atası, kaman ustası Habil Əliyev olub. O, merkez.az saytında G.Əhmədovanı yüksək dəyərlərə malik şəxsiyyət adlandırmışdı. Baxmayaraq ki, sonradan həmin açıqlamanı təkzib edən müsahibə vermişdi. Biz də bu dəfə R.Habiloğlu ilə danışıb, S.Babayeva ilə tanışlıq hekayəsinə nəzər saldıq. Rəvan bəy öncə bu tanışlığın uzun illər öncəyə təsadüf etdiyini dedi:

- Onunla 14 il bundan əvvəl tanış olmuşuq. Pərəstişkarlarımdan biri kimi nömrəmi tapıb, zəng etmişdi. Demişdi ki, mən şou-biznes sahəsini yaxşı bilirəm. Burada da dostlarım çoxdur. Nə vaxt nə lazım olsa, köməklik edə bilərəm. Özünü YAP-ın üzvü, Milli Məclisin jurnalisti kimi təqdim edirdi. Mən onu belə tanıyırdım.

- Mətbuat sizin onunla sevgili olduğunuzu yazıb.

- Mən kişiyəm, olanı danışmışam. Sevgilim olsaydı, onu özümə arvad edərdim. Dostluq münasibətlərimiz olub. 14 ildir nə üzünü görürəm, nə də səsini eşidirəm. Cəmi 5-6 ay münasibətlərimiz olub, sonra ayrılmışıq. Münasibətlərimiz soyuyub.

- Səbəb nə idi?

- Vallah, heç yadımda da deyil. Siz deməsəydiniz, heç mənim bu xanım yadıma da düşməzdi. Amma sizi əmin edirəm ki, Sevincin məndən qabaq yüzlərlə kişi tanışı olub.

- Yəni sizin də sevgiliniz olub?

- Buna görə güllələnmə düşür mənə (gülür)? Qadındır da, marağım olub. Dediyim kimi, sevgilim olsa, götürüb özümə arvad edərdim. Onunla bağlı heç bir məlumatım yoxdur. Haradadır, neyləyir, heç dəqiq bilmirəm ki, onu niyə axtarırlar, məndən o barədə niyə soruşurlar.

- (Müsahibimizə G.Əhmədova qalmaqalı ilə qısa arayış verəndən sonra) Bəs tanış olduğunuz vaxt Sevinc Babayeva nə iş görürdü, onunla bağlı təəssüratınız necə idi?

- Bilirsiz, onun "kruq"u çox geniş idi. Əli-qolu uzun idi. Hiss olunurdu ki, bir çox işlər görə bilir kimlərinsə vasitəsilə. İndi siz dediz, mən bildim ki, o, nə işlə məşğul olub. Açığı, bu, mənim üçün heç maraqlı da deyil. Başım qarışıb öz işlərimə.

- Sizdən başqa müğənnilərlə də tanışlığı var idi?

- Var idi də sözdü? Sevincin tanımadığı müğənni yox idi. Bir neçə sənətçi var ki, onlarla çox yaxın olub. Amma mən ad çəkməyəcəm.

- Sizə konkret yardımını təklif etmişdi dediz. Bəs siz bu təklifdən hansısa formada istifadə etdiz? Yəni necə yardım göstərdi sizə?

- Yox, mənə dedi, televiziyada, radioda tanışlarım çoxdur. Nəsə əngəlin olsa, yardım edərəm. Amma mən onun yardımından istifadə etməmişəm. Dağ kimi atam durub yanımda. Başqasının köməyini neynirəm? Ona qalsa, mənə problem yaratdılar, çıxıb şou-biznesdən getdim. İndi yenidən qayıtmışam geri. Heç kəsin yardımına da ehtiyacım olmayıb. Düzü, indi onunla bağlı söhbətlər də məni maraqlandırmır. Öz qayğılarım özümə bəsdir.

- O vaxt maddi imkanı yüksək idi?

- Deməzdim. Sadəcə, çevrəsi geniş idi.

- Bu qadın rəsmi axtarışdadır. Sizcə, o, indi harda ola bilər?

- Bilsəm, vallah ki, deyərdim. Amma mən onun işləri ilə maraqlanmamışam əsla. Özüm də hüquqşünasam. Bilirsiz, uzun müddət hüquq-mühafizə orqanlarında işləmişəm. Nəsə bilsəm, mütləq deyərəm. Onu "inkoqnito" tanıyıram. Amma bu gün yolda görsəm, salamını da alaram. Aramızda pis heç nə olmayıb. Özü də bizim camaatda qəribə xasiyyət var. Birinin ayağı büdrəyəndə dərhal onun keçmiş dost-tanışlarını ortaya çıxarıb, onları da qaralamağa çalışırlar. İndi də məni hədəfə çıxarıblar. 14 il əvvəl tanıdığım bir qadına görə cavabdehəm bəyəm? Mənim daşım həmişə ağır olub, indi də ağırdır.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.