Şou-biznes

Azərbaycanlı müğənni yatmış vulkandan da betər "püsgürəcək"

11 Dekabr 2012 18:45
0 Şərh     Baxış: 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Neçə vaxtdır elə şou əhli də, media nümayəndələri də müğənni İzzət Bağırovun səssiz olmasından narahat idi. Bilinirdi ki, bu səssizlik "yatmış vulkan"ın səssizliyi ilə müqayisə oluna biləcək bir səssizlikdir.

Amma, deyəsən, vulkan "oyanıb". Özü də sərt cavablarla çıxıb onun səsi. "Azadinform"un məlumatına görə, İzzət Bağırov xarici ölkələrdə klip çəkdirən müğənnilərə sərt cavab verib.

Müğənni deyib ki, heç də heç kim özünü yorub bu sahədə birinci olduğunu sübut etməyə çalışmasın, bu işdə birinci mənəm və məndən qabaq da heç kim olmayıb. Söhbət xaricdə klip çəkdirməkdən gedir. Əlqərəz, İ.Bağırovun müxtəsər cavabı belə olub: "Azərbaycandan kənarda ilk klipi illər öncə mən çəkdirmişəm, mən Dubayda klip çəkdirəndə indiki müğənnilərin çoxu bu sənətdə yox idi.

Çıxıb efirdən bunu ilk mən etdim deməsinlər, çünki hər kəs çox yaxşı bilir kimin birinci nə etdiyini. Mən çox ilklərə imza atmışam, amma bunu heç vaxt dilə gətirməmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.