Şou-biznes

Teleaparıcı Nanə Ağamalıyeva Özcan Dənizə görə hara getdi? - FOTO

11 Dekabr 2012 18:54
0 Şərh     Baxış: 2 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, tamaşaçıları üçün daim sürpriz hazırlayan bacarıqlı, fərqli ideyalarla zəngin olan ATV telekanalının tanınmış simalarından biri Nanə Ağamalıyeva yenidən İstanbuldadır.

Türkiyə maqazin dünyası ilə əlaqələrini davam etdirməkdə olan "Gün keçir" verilişinin aparıcısını səfəri zaman çalışdığı komandası da yalnız buraxmayıb. Facebook sosial şəbəkəsində yayımladığı fotolarına şərh verən Nanə İstanbula həm də populyar türk müğənnisi və aktyoru Özcan Dənizin baş rolda çəkilmiş olduğu "Evim sensin" filminə baxmaq üçün getdiyini yazır.

Amma o, tamaşaçılar üçün çox böyük sürpriz hazırladığını da gizlətmir. Əməkdaşımızın telefon zənginə cavab verən Ağamalıyeva qısaca bunları söylədi: "Adından da göründüyü kimi bu sürprizdir, əgər söyləsəm, dadı qaçar. Sadəcə, səbrli olun".

Konkret qənaətə gəlməsək də, ehtimallara görə, bu sürprizin altından, deyəsən, elə Özcan Dənizin adı çıxacaq.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.