Şou-biznes

Azərbaycanlı müğənni: "Dünya dağılmayacaq, çünki..." - FOTO

11 Dekabr 2012 17:12
0 Şərh     Baxış: 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış estrada müğənnisi Nüşabə Ələsgərli dünyanı tələşa salan 21 dekabr tarixinə etiraz edib. Müğənni deyilən bütün sözlərə inad həmin gün 45 yaşını unudulmaz gecəyə çevirəcək.

SİA-ya danışan müğənni 21 dekabr tarixində ən yaxınlarını başına toplayaraq əsl vur-çatlasın edəcəyini də istisna etmir: "Fikrimcə, 45 balaca rəqəm deyil. 21 dekabr da maraqlı tarixdi. Bu 21 dekabr tək "dünyanın sonu" anlamına gəlməsin. Çünki həmin günü dünyanın ən dahi şəxsiyyətləri doğulub.

Özünüz düşünün Ziya Bünyadov, Stalin, Mixail Saakaşvili, Sattar Bəhlulzadə və Nüşabə Ələsgərli... Dünya necə dağıla bilər? Dağılmır, çünki mənim doğum günümü qeyd edirik".

N. Ələsgərli xarici görünüşü ilə bağlı da fikir səsləndirdib: "Səmimi etiraf edirəm ki, 45 yaşında mən olduqca gözəl görsənirəm. Rusların bir misalı var, onu tərcümə edib deyirəm, 45 yaşında yenə də giləmeyvəyə bənzəyirəm".

Uzun illərdir səhnədə olan və ömrünün yarısını musiqiyə həsr edən müğənni bundan sonrakı planlarından da danışıb: "45 yaşımdan sonra ömrümü uşaqlarıma həsr edəcəm.

Onlar hazırda ali məktəbə daxil olmağa hazırlaşırlar və mən onlara dəstək olmalıyam. Düzdür, bundan öncə də mənim üçün birinci yerdə uşaqlarım olub. Ancaq 45 yaşımın "proqramı" məhz balalarımdır".

Nüşabə xanım yaradıcılığında olan yenilikləri də bizdən gizləmədi. Ad gününə hazırlaşan ifaçı özünə mahnı hədiyyə edib: "Lirik və gözəl mahnı üzərində çalışıram. Adı "Hədiyyə"dir.

Ancaq bunu mənə heç kim hədiyyə etməyib, özüm almışam. Bu, mənim hədiyyəsiz "Hədiyyə"mdir. Bu lirikadan əlavə iki ritmik mahnı da yazdırıram".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.





























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.