Şou-biznes

Azərbaycanlı teleaparıcı ikinci dəfə toy etdi - FOTOSESSİYA

22 Oktyabr 2012 16:00
12 Şərh     Baxış: 26 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az olaraq xəbər vermişdik ki, Lider TV-nin tanınmış simalarından olan Murad Əzimzadə doğulub boya-başa çatdığı Gəncə şəhərində ikinci dəfə toy edəcək.

Məlumunuz olsun ki, bu xoş gün 3 gün öncə baş tutub.

Həyat yoldaşı, aparıcı Ülviyyə xanımla birlikdə bəy-gəlin geyimində qonaqlar qarşısına çıxan mehriban ailənin ikinci toylarını idarə etmək yenə də tanınmış teleaparıcı, şoumen-müğənni Zabir Əliyevin payına düşüb.

Toy Gəncədəki şadlıq saraylarının birində baş tutub. Və əsas sənətçi qismində müğənni Ozan sevilən mahnılarını ifa edib. 

Murad və Ülviyyə Əzimzadələr restorana getməmişdən öncə adətə uyğun olaraq Nizami Gəncəvi məqbərəsini ziyarət ediblər. Təqdim etdiyimiz fotolar da həmin vaxt çəkilib.

Qeyd edək ki, əsas toyu oktyabrın 10-da Bakıda edən Murad valideynlərinin israrı ilə ikinci dəfə bəylik kostyumu geyinib.

Mehriban ailə üzvləri bu səfərlərini həm də bal ayı kimi qiymətləndirirlər. Yetərincə istirahət edən teleaparıcılar bu həftədən etibarən yenidən işə başlayıblar. 

Şahin Cavadsoy
Milli.Az 

Böyütmək üçün şəkillərə klikləyin.























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.