Şou-biznes

Azərbaycanın xalq artisti Facebook-da şikayət etdi

22 Oktyabr 2012 14:08
0 Şərh     Baxış: 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-ın məlumatına görə, Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Faiq Ağayev sosial şəbəkələrdə, xüsusilə Facebook-da anonim niklərlə qeydiyyatdan keçən istifadəçilərdən şikayətçidir.

100 % F.A profilində status yazıb, öz narazılığını belə ifadə edib: "Sovet vaxtından "anonimka" yazanlara nifrət edirəm. Cəsarətsiz, üzbəsurət ittiham söyləməkdən qorxan, aciz insanların hərəkətidir bu.

Düşünürdüm ki, anaxronizmdir artıq. Amma yox. Yeni forması çıxıb - Facebook statusunda konkret ünvan göstərilmədən "söz atmaq" halına gəlib.

"İnbox"dakı açıq suallardan qaçaraq düşüb, ümumiləşdirilmiş "etiraf" arxasında "sığınacaq" tapmaqdansa, yazmayaydın da onu.

Heç olmasa, gözdən düşməzdin. Heyf...

Nəticə: ürəkdən "-1 nəfər"".

Şahin Cavadsoy
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.