Şou-biznes

Teleaparıcı Zaur Baxşəliyev toyuna necə hazırlaşır?

22 Oktyabr 2012 11:25
0 Şərh     Baxış: 3 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az-a daxil olan məlumata görə, ATV telekanalının iki tanınmış siması - Zaur BaxşəliyevGünay Qələndərlinin oktyabrın 26-da keçiriləcək toyunda qonaqları dəvət etmək Zaurun payına düşüb.

Gələcək həyat yoldaşı Zaurun seçiminə hörmətlə yanaşan Günay hətta rəfiqələrini belə dəvət edib-etməməsini onunla dəqiqləşdirib. Maraqlısı ondadır ki, bu xoş günə say-seçmə müğənnilər dəvət olunurlar.

ATV-nin əməkdaşlarının böyük əksəriyyəti qonaqlar sırasında olmayacaq. Toy günü restoran ciddi şəkildə mühafizə olunacaq.

Bir sözlə, Zaur şəkillərinin mediaya çıxmaması üçün bütün gücünü səfərbər edəcək.

Şahin Cavadsoy
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.